Elan Teatr "Qamlet" tamaşası
"Qamlet" tamaşası

Bakı şəhəri, 8 sentyabr 2015-ci il – British Council sizi Şekspirin “Qlobus” teatrının “Hamlet” tamaşasına dəvət edir. Tamaşa 3 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq. 

Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm  dünya turnesinə çıxmışdır. Bu, tamamilə misilsiz teatr sərgüzəşti “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyannın bütün  kontinentlərinə səyahət edərək  unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

Şekspir Qlobus teatrının bədii rəhbəri və Hamlet tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının   müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunmaq məqsədilə yaradılıb.

Turnemizin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hal-hazırda tamamlanıb və “Hamlet” tamaşası  Amerika, Avropa və Afrika daxil olmaqla artıq 100-dən çox ölkədə  yüz mindən artıq tamaşaçı kütləsi üçün nümayiş  olunubdur.

British Council Azərbaycan-ın direktoru Elizabet Vayt  şərh vermişdir ki, “Dünya turnesi  çərçivəsində Şekspirin “Qlobus” teatrını “Hamlet” tamaşası ilə Bakıda  qarşılamağa  şadıq. Azərbaycan tamaşaçısı bu sənət əsərini  tanıyır və sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq. Biz Şekspirin ildönümünü növbəti il də qeyd etməyə davam edəcəyik : “Gəlmişik xoş niyyətlə, Bir xeyirxah sənətlə.

Tamaşa ingilis dilində və azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq. Biletləri  şəhərin  bilət kassalarından əldə edə bilərsiniz.

British Council Azərbaycan fürsətdən istifadə edib Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Akademik Dram Teatrına və Avropa Azərbaycan Cəmiyyətinə  təşəkkür edir.

 




Teatr




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?