
YARAT FreeStyle və “Baku detyam” böyük məmnunluqla Sizi “Əsl insan haqqında robotların nağılları” adlı uşaq tamaşasına dəvət edir. “Trikster teatrı” (Moskva) - iki dəfə “Qızıl maska” mükafatının laureatları, Vyaçeslav İqnatov və Mariya Litvinov tərəfindən 12 il bundan əvvəl təsis edilib.
O, sevgiyə görə insan oldu. Bəs sən nə etməyə hazırsan?
Yazıçı-fantast Stanislav Lemin əsərlərinin motivləri əsasında hazırlanmış, robotlar və insanlar haqqında hekayə. Tamaşanın müəllifləri, Maşa Litvinov və Slava İqnatov, kalkulyatorlar, saat mexanizmləri və digər cihazların dişli çarxları və boltlarından miniatür mexaniki vertep (tamaşalar göstərmək üçün içində kuklalar olan qutu) hazırlayıblar və burada, sevimli robotlar uşaqlara insanlar haqqında nağıllar danışırlar.
Stanislav Lem insanların yerinin robotlar tərəfindən tutulduğu, orta əsrlərə aid xəyali bəşəriyyəti təsvir edir. Bu nağıllarda, bəşər övladı insan, qalaktikalararası məkanda öz əfsanəvi planetlərində yaşayan, son dərəcə gözəl və mükəmməl robotlar irqinə qarşı qoyulan, əcaib və təhlükəli bir varlıq kimi təsəvvür olunur.
Kuklalar, dekorasiyalar və kostyumların bədii həlli stimpank üslubunda hazırlanıb.
24 sentyabr 2016 | saat 14:00 və 18:00
YARAT Müasir İncəsənət Mərkəzi
(Dövlət Bayrağı Meydanı yaxınlığında)
Tel. (+99412) 505 14 14
Yerlər məhdud olduğundan giriş dəvətnamə ilədir. Dəvətnamələri öncədən YARAT Mərkəzindən pulsuz götürə bilərsiniz.
- ВКонтакте
- РћРТвЂВВВВВВВВнокласснРСвЂВВВВВВВВРєРСвЂВВВВВВВВ
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?