Elan Teatr Su kimi ol
Su kimi ol

“Kari Hoaas Productions” qrupunun (Norveç) ifasında müasir rəqs tamaşası. Xoreoqrafiya, konsepsiya və quruluş: Kari Hoaas. Rəqqaslar: Ottavio Ferrante, Tais Hvidt, Asne Storli, Gerd KaisaVorren, Yonas Örkner. İşıq üzrə rəssam və texniki direktor: Loren Ravot

Video: Tord Eliasen
Səs rejissoru: Morten Petersen
Geyim üzrə rəssam: Signe Vasshus
Kostyumçu: Antti Byorn
Musiqi: Meredith Monk, Kayhan Kalhor, Levon Minasyan, Delfin Mantule və Valentin Dahmani, Armand Amar və Seyid Məhəmməd Hancani
Prodüser / menecer: Annika Ostvald

www.karihoaas.com

Tamaşa haqqında: 
Xoreoqraf Kari Hoaas, beş fərqli rəqqasın çıxış etdiyi yeni rəqs tamaşasında xoreoqrafik strukturların “emosional riyaziyyatı” kontekstində ekstremal və təbii cismaniliyin araşdırılması missiyasını davam etdirir. İqlim dəyişikliklərinin təsirindən törəyən Apokalipsis vahiməsinin fonunda ərsəyə gətirdiyi bu tamaşada, o, bütün canlılar üçün həyati əhəmiyyətli element olan Su ünsürünü araşdırmaq məqsədilə, poetik və impressionist təmayülləri seçmişdir.
Su – planetimizin makroaləmindən tutmuş, təkhüceyrəli canlı orqanizmlərin mikroaləminə qədər bütün növ canlılar və həyat formaları üçün son dərəcə vacibdir. İnsan orqanizminin təxminən 70 faizi sudan ibarətdir. Məhz bu səbəbdən, su, bizim üçün ən qiymətli məhsul sayılır. Biz insanlar – həm daxilimizdə, həm də digərləri ilə ünsiyyət zamanı yaşanan həyatın, hisslərin və düşüncələrin müəyyən formaları ilə nəticələnən döyüntünün strukturu və modeli, orqanizmik quruluşu, forması, relyefi, çalarını formalaşdıran “mayelər dəryasıyıq”. 

“Çağdaş dünyamız vahimələr və münaqişələrlə doludur. Müharibələr, daşqınlar, quraqlıqlar, təbii fəlakətlər, ətraf mühitin çirklənməsi... bununla bərabər, sağ qalma və ya hakimiyyət uğrunda mübarizə aparan insanlara hər yerdə rast gəlmək mümkündür. Mən, bu tamaşa ilə öz yaradıcılığımızın “bayragı” altında, ümid edirəm ki, ümumi dünyamızın cari durumuna rəğmən ümid qığılcımlarını alovlandırmaq və mərhəmət hisslərini oyatmaq əzmində olacağıq”.
– Kari Hoaas

Dəstək: Norveç Xarici İşlər Nazirliyi, Norveç Krallığının Azərbaycandakı Səfirliyi, Norveç Təsviri İncəsənət Mərkəzi və Norveç Milli İncəsənət Şurası

22 və 23 sentyabr | 19.00
YARAT Müasir İncəsənət Mərkəzi
(Dövlət Bayrağı Meydanı yaxınlığında)
Giriş sərbəstdir




Teatr
Bilet: Бесплатно YARAT Contemporary Art Center




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?