
Fransanın məşhur, modern, tabuları sındıran dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi müstəqil ADO teatrında nümayiş olunacaq. Dramaturqun pyesi bir çox dillərə tərcümə olunub, bir çox ölkələrdə onun tamaşaları hazırlanıb. Lakin Azərbaycanda adıçəkilən dramaturqun pyesi tərcümə edilməmiş və səhnələşdirilməmişdir.
Belə ki, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə “Meşələrin astanasındakı gecə” pyesi Azərbaycan dilinə tərcümə olunub.
“yağış, yağış, yağış” adlı tamaşa 11 oktyabr saat 19:00-da ADO teatrında nümayiş olunacaq. Tamaşanın rejissoru ADO`nun fransız əsilli aktrisası Elsa Furtadodur. Monotamaşanı teatrın təsisçi və rəhbəri olan aktyor Elmin Bədəlov canlandıracaq. Əsəri Fransız dilindən Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Tərcümənin redaktoru isə Minaxanım Əsədovadır.
Onu da qeyd edək ki, premyerada fransız diplomatlar da iştirak edəcək.
Dramaturq haqda: Bernar-Mari Koltes yazdığı pyeslərə görə bir zamanlar Fransanın özündə qəbul olunmur, onun əsərləri dramaturqlar arasında polemikalara səbəb olurdu. Onun polemikalara səbəb olan əsərləri hər zaman cəmiyyətin tabularına qarşı olub. Lakin zaman keçdikdən sonra Koltes Fransada məşhurlaşır və onu modern yazıçı kimi qəbul edirlər. Yazıçı homoseksual olub. Onun ilk pyesini öz sevgilisi səhnələşdirib. Koltes gənc yaşlarında QİÇS xəstəliyindən dünyasını dəyişib.
Biletləri teatrın özündən əldə edə bilərsiniz:
Ünvan: Bəşir Səfəroğlu 155 (Nəsimi, Bakı - AZ1009)
Tel: 050 394 48 64 və 070 219 83 33
E-mail: adotheatre@gmail.com
Rəsmi səhifələr: fb.com/adotheatre
Instagram.com/adotheatre
Biletin qiyməti: 5 azn
- ВКонтакте
- РћРТвЂВВВВВВВВнокласснРСвЂВВВВВВВВРєРСвЂВВВВВВВВ
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?