Elan Sərgilər Faiq Əhmədin "Nə var, odur" adlı fərdi sərgis
Faiq Əhmədin "Nə var, odur" adlı fərdi sərgis

YARAT Müasir İncəsənət Məkanı, sizi azərbaycanlı rəssam Faiq Əhmədin "Nə var, odur" adlı fərdi sərgisinə dəvət edir. Sərgidə ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdıran 6 yeni monumental əsər nümayiş etdiriləcək.

Faiq Əhməd, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə söykənən və köklü transformasiyalar edən toxunma əsərləri ilə tanınır. O, paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanan yeni silsilə əsərlər yaratmağa başlayıb.

Sərginin adı ("Nə var, odur"), təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin "necə var, elə" qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur.

Rəssamın ayrı-ayrı region səfərlərində apardığı müsahibə və söhbətlər, yeni əsərlərinə özünəməxsus sətiraltı şərhlərdir və həmin əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərin ab-havası duyulur. Faiqin əsərləri – yox olan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlər büsbütün qəm-qüssədən azad olmaqla yanaşı, Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri "Şərq təcrübələri" kimi qələmə verir. Bu isə seksuallıq və ölüm ilə ənənəvi münasibətləri araşdıran, sosial qadağalara və fərdi travmalara ünvanlanan yeni heykəllər, filmlər, rəsmlər və toxunma əsərləri silsiləsi ilə nəticələnir.


Rəssam haqqında:

Faiq Əhməd (1982, Sumqayıt) 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Heykəltəraşlıq" fakültəsini bitirib. 2007-ci ildə Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü ildə "Love Me, Love Me Not" ("Sevir-Sevmir") sərgisində iştirak edib. Faiq Əhməd öz əsərlərini dünyanın bir çox yerində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və BƏƏ-də keçirilən bir sıra qrup və fərdi sərgilərdə nümayiş etdirib. 2013-cü ildə rəssam Londonun tanınmış Viktoriya və Albert Muzeyinin "Jameel Prize 3" mükafatına layiq görülüb. Faiq Əhmədin əsərləri Los-Anceles Dairəsi İncəsənət Muzeyində və Sietl İncəsənət Muzeyi, Palm Springs İncəsənət Muzeyinin ictimai kolleksiyalarında, həmçinin Qərb Kolleksiyası (Filadelfiya), Bet Rudin De Vudi kolleksiyası (Nyu-York) Galila’s kolleksiyası (Brüssel), Ranza kolleksiyası (Roma), Jameel Fondu (London) və Zati-aliləri Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahyanın (BƏƏ) şəxsi kolleksiyalarında saxlanılır. Təkcə bu il Faiq Əhmədin əsərləri Boston Təsviri Sənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi, Miluoki Rəssamlıq və Dizayn İnstitutu, Sidney Tətbiqi İncəsənət və Elmlər Muzeyi və Hobart şəhərində (Tasmaniya, Avstraliya) yerləşən Qədim və Müasir İncəsənət Muzeyində (MONA) nümayiş etdirilib. Faiq Əhməd Bakıda yaşayır və fəaliyyət göstərir.

Sərginin kuratoru Björn Geldhofdur.

Notes to editors:

Sərgi: Nə var, odur

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003)

Tarix: 11 noyabr 2016 – 29 yanvar 2017

Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, 11:00 - 20:00

Giriş sərbəstdir.




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?