
14 dekabr tarixində Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam və heykəltaraş Zakir Mehtiyevin “Heykəl sərgisi” adlı sərginin açılışı olacaq. Zakir Mehtiyev 1948-ci ildə dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir.
2000-ci ildən bu günə kimi Türkiyədə M.K. Atatürk adına universitetdə dərs deyir.
Zakir Mehtiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur. Zakir Mehtiyev Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda ( Şah İsmayil Xətainin) və Antakyada (M.K. Atatürkün) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.
Sərgidə müəllifin 35-ə yaxın heykəltaraşlıq əsəri nümayiş etdiriləcək.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 14.12. – 31.12.2016
14 dekabr – giriş dəvətnamə ilə
15 dekabr 31 dekabra qədər – giriş ödənişlidir
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN
Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.
Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.
Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu
İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.
Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər