

1 mart tarixində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikasının əməkdar rəssamı Məmməd Mustafayevın fərdi sərgisinin açılış mərasimidir. Məmməd Əli-Hüseyn oğlu Mustafayev 2 fevral 1948-ci il tarixində Bakıda anadan olmuşdur.
Məmməd Mustafayevın yaradıcılıq yolu 1958-ci ildə Pionerlər Sarayının nəzdində yerləşən Rəssamlıq Emalatxanasında başlamışdır.Daha sonra rəssam Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutununun Memarlıq fakültəsini bitirmişdir.
1968-ci ildən Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Daşkənd, Alma-Ata, Kiyev, Minsk, Tallində keçirilən bir çox respublika və ümumittifaq sərgilərdə iştirak etmişdir. Eləcə də, xaricdə keçirilən sərgilərin iştirakçısıdır: 1991-ci ildə Jaqanda (Polşa), 1994-cü ildə “Sajutes” adlı qallereyada, 1997-ci ildə “Irena Netter” adlı qallereyada (Varşava), 2011-ci ildə “Fly to Baku” (Paris) və 2012-ci ildə “Fly to Baku” (London).
1979-ci ildə SSRİ və Azərbaycan SSR Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildən “Azərbaycan Respublikasının Əməkdar Rəssamı” adına layiq görülmüşdür.
2011-ci ildən “YARAT” qeyri-kommersiya Müasir İncəsənət Təşkilatının iştirakçısıdır.
Rəssamın əsərləri Azərbaycanın Müasir İncəsənət Muzeyində, Mədəniyyət və Turizm Nazirliyində, Rusiyada, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.
Sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltaraşlıq janrlarında əsərləri təqdim olunacaq.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 01.03. – 28.03.2017
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN