Azərbaycanın ilk və tək Cosplay Konvensiyası, AzeCON bu il sizinlə yeni formatla qarşınızdadır. Dəniz quldurları! Səyahətçilər! Su pəriləri! Toplanın...bu il AzeCON teması dənizdir! Hər kəs istədiyi cosplayi seçəbilər, bu format sadəcə AzeCON dizaynına aiddir, ancaq mövzuya uyğun cosplaylər görmək sevindirici olardı
Proqram: Sizi karaoke, just dance, xəzinə ovu, səhnə şousu,yapon şirniyyatlarının satıldığı anime cafe, kompyuter oyunları, maraqlı stendlər və təbii ki, "Cosplay Yarışması" , HƏDİYYƏLƏR gözləyir!
Giriş biletlədir: 8AZN. Biletləri " Pi Art Cafe"də əldə edəbilərsiniz. Bilet sayımız məhduddur, tələsin! Yaş limiti yoxdur. Kostyumsuz da gələbilərsiniz.
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.