Elan Sərgilər Namiq Məmmədovun fərdi sərgisi
Namiq Məmmədovun fərdi sərgisi

3 may Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı Namiq Məmmədovun “Xoşbəxtlik düsturu” adlı sərgisinin açılış mərasimidir. Namiq Zahid oğlu Məmmədov 23 dekabr 1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bakıda yaşayır və işləyir.
1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq şöbəsinin məzunu olmuşdur.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Namiq Məmmədov öz yaradıcılıq fəaliyyətinə 1982-cil ildə keçirilən “Gənclərin yaradıcılıq həftəsi” adlı sərgidə nümayiş etdirdiyi “Bizim bağ” və “Gimnast” adlı 2 əsəri ilə başlamışdır. 
Rəssamın bəzi əsərləri dövlət və şəxsi kolleksiyalarda saxlanılır – Müasir İncəsənət Muzeyi (Bakı), Milli İncəsənət Muzeyi (Bakı), Türksoy Qalereyası (Ankara), İslam İncəsənət Mərkəzi (Moskva), Norveç, Danimarka, ABŞ, İtaliya, Türkiyə, Almaniya, İngiltərə və s. 
Rəssam regional və beynəlxalq sərgilərin iştirakçısıdır. 
1990-1991-ci illərdə “20 yanvar” faciəsinə həsr olumuş azərbaycanlı rəssamların sərgisində “Müharibə rəqsi”, “Qaçqınlar” və digər əsərləri ilə iştirak etmişdir. 
1997-ci il və 2004-cü illərdə Norveçin Oslo şəhərində keçirilən fərdi sərginin iştirakçısıdır. 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına qalereyasında keçirilən fərdi sərgi. 2001-ci ildə rəssam “Bakı-Tiflis-Ceyhan” divar rəngkarlığı simpoziumunun iştirakçısıdır. 2003-cü ildə “Alban Oratoriyası” adlı mövzuda Bakı Müasir İncəsənət Mərkəzində keçirilən fərdi sərgi.
1997-2001- ci illər Şəki şəhərində keçirilən beynəlxalq simpoziumların iştirakçısıdır. 2007-ci ildə Danimarkanın Kopenhagen şəhərində fərdi sərgisi keçirilmişdir. 2008-ci ildə Türkiyədə keçirilən “Türksoy” simpoziumunun iştirakçısıdır. 2001-2006- cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Dosentdir.
Namiqin bir çox əsərlərində dərin sakrallıq duyulur, hərçənd təsvir heç hər hansı ünvanlı rəmzləri təcəssüm etdirmir. Bugün rəssam yaradıcılıq ideyaları və güclə doludur və kim bilir, rəngkarlıq adlanan bu sonsuz dünyada davam edən xoşbəxtlik düsturu axtardığı səyahətində hələ nə qədər yeni-yeni formal və obrazlı həll variantları meydana çıxacaq. Bir şeyi dəqiq deyə bilərik: bu proses dayanan deyil. 
Sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaqdır. Bu əsərlərin arasında rəssamın “Dua” adlanan pastellər silsiləsi var. Kağız fonda güclə nəzərə çarpan plastik obrazlar uzun-uzun illər boyu rəssam müşayiət edən qoruyucu mələklər kimi asta, sonsuz bir karvantək bir-birini əvəz edir.
Rəssamın yaradıcılığı haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən çəkilən televerlişlər çəkilmişdir (1998, 2004, 2006, 2008-ci illər). 

Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 03.05. – 31.05.2017 
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN 
Tələbələr üçün : 2 AZN




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?