Kukla Teatrı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (210 yer) 1931 -ci ildə yaradılıb. Fərqli illərdə belə fəaliyyət göstərib: müstəqil teatr (1931-41; 1946-50), Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-46) və Azərbaycan Dövlət Flarmoniyası tərkibində (1950), 1965 -ci ildən etibarən müstəqil teatr. Azərbaycan və rus bölmələri mövcuddur. İlk dövrlərdə teatrda Azərbaycan, rus və qərbi avropa pyeslərini, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri: "Hacı Qara" (Axundov), "Almas (C. Cabbarlı), "İskəndər və Çoban", "Cırtdan", "Nərgiz" (M. Seyidzadə) və b. əsərlər səhnələşdirilirdi. 60-70 -ci illərdən etibarən balaca uşaqlar və məktəblilər üçün repertuar təqdim etməyə başladılar. 1975 -ci ildən isə həm də böyüklər üçün əsərlər nümayiş etdirirlər: "Üç nağıl" (A. Şaiq), "Əkiz qardaşlar" (X.Ziya), "Bu ev kimin evidir" (R.Heydər) və b. 1974 -cü ildə teatra A. Şaiqin adını verdilər. Teatr tamaşalarında pərdə arxasında gizlənən aktyorlar tərəfindən hərəkət etdirilən kuklalar iştirak edirlər. Müxtəlif formalı kuklalar və müxtəlif cür idarə sistemləri təqdim edilir. Kuklaların ölçüləri bir neçə santimetrdən iki insan ölçüsünə qədər dəyişir.