Kukla Teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (210 yer) 1931 -ci ildə yaradılıb. Fərqli illərdə belə fəaliyyət göstərib: müstəqil teatr (1931-41; 1946-50), Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-46) və Azərbaycan Dövlət Flarmoniyası tərkibində (1950), 1965 -ci ildən etibarən müstəqil teatr. Azərbaycan və rus bölmələri mövcuddur. İlk dövrlərdə teatrda Azərbaycan, rus və qərbi avropa pyeslərini, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri:  "Hacı Qara" (Axundov), "Almas (C. Cabbarlı), "İskəndər və Çoban", "Cırtdan", "Nərgiz" (M. Seyidzadə) və b. əsərlər səhnələşdirilirdi. 60-70 -ci illərdən etibarən balaca uşaqlar və məktəblilər üçün repertuar təqdim etməyə başladılar. 1975 -ci ildən isə həm də böyüklər üçün əsərlər nümayiş etdirirlər: "Üç nağıl" (A. Şaiq), "Əkiz qardaşlar" (X.Ziya), "Bu ev kimin evidir" (R.Heydər) və b. 1974 -cü ildə teatra A. Şaiqin adını verdilər. Teatr tamaşalarında pərdə arxasında gizlənən aktyorlar tərəfindən hərəkət etdirilən  kuklalar iştirak edirlər. Müxtəlif formalı kuklalar və müxtəlif cür idarə sistemləri təqdim edilir. Kuklaların ölçüləri bir neçə santimetrdən iki insan ölçüsünə qədər dəyişir.


Ünvan: Neftçilər pr., 36
Telefon:
İş vaxtı:
Xəritədə yerləşmə



Azərbaycanın ən Yaxşı Online Bukmeker Saytları

Azərbaycanın ən Yaxşı Online Bukmeker Saytları

Baki Jazz Festi̇valin on beş i̇lli̇k i̇ldönümü üçgünlük televi̇zi̇ya şousu i̇lə qeyd edi̇ləcək

Kendi Dalfer, Şahin Növrəsli, İsfar Sarabski və onların jazz dostları bu il Bakı jazz festivalı 2020-ni AzTv məkanından təqdim edəcəklər.

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.