Azərbaycan Dövlət Musiqili Teatrı
Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Teatrı (343 yer). Azərbaycan milli musiqili komediya janrı 20 -ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi, bu janrın da Ü.Hacıbəyovun yaradıcılığından sonra yaranmışdır. Onun 1909 -cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 1910 -cu ildə Bakıda olmuşdur. Sonrakı illərdə Ü.Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşin mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa edilirdi. 1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil Musiqili Komediya Teatrı (azerb. və rus bölmələri ilə) təşkil edildi. 1967-ci ildə teatra Ş,Qurbanovun adı verildi.