Kataloq Teatrlar Teatrlar Azərbaycan Dövlət Musiqili Teatrı
Azərbaycan Dövlət Musiqili Teatrı

Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Teatrı (343 yer). Azərbaycan milli musiqili komediya janrı 20 -ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi, bu janrın da Ü.Hacıbəyovun yaradıcılığından sonra yaranmışdır. Onun 1909 -cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 1910 -cu ildə Bakıda olmuşdur. Sonrakı illərdə Ü.Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşin mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa edilirdi. 1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil Musiqili Komediya Teatrı (azerb. və rus bölmələri ilə) təşkil edildi. 1967-ci ildə teatra Ş,Qurbanovun adı verildi.


Ünvan: Azərbaycan pr., 8
Telefon: (994 12) 493-88-37, 498-49-17
İş vaxtı:



AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.