Fotoreportajlar
"Küknar" Beynəlxalq incəsənət müsabiqəsi
Heydər Əliyev Mərkəzi yeni layihəyə-"KÜKNAR" Beynəlxalq İncəsənət Müsabiqəsinə start verib. İlk dəfə həyata keçirilən bu layihə öz ideyası, unikallığı, maraqlı dizayn həlli ilə fərqlənir. Mərkəzdən Trend-ə bildiriblər ki, "KÜKNAR" Beynəlxalq İncəsənət Müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il ağacları təqdim ediləcək. Yeni il bayramının rəmzi olan bəzədilmiş küknar ağacı arzuların ölməzliyini ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə olan arzular ətrafında birləşmənin əlamətidir. On səkkiz müxtəlif tanınmış, eləcə də gənc heykəltəraş və rəssamın iştirak etdiyi layihədə Yeni il küknarını bu dəfə tam fərqli dizaynda, tam fərqli ideyanın məhsulu kimi görmək imkanı olacaq.



