Elan Şəhərdə hadisələr
Şəhərdə hadisələr
Park Bulvar möhtəşəm party keçiriləcək

24 dekabr 18:00 -da Park Bulvarın avtodayanacağında «Burn» və Park Bulvarın təqdim etdiyi möhtəşəm «Burn Garage Party» keçiriləcək. İlk dəfə «Burn Garage Party» gecəsində ekskluziv tuninq avtomobillərinin sərgisi, yeni avtomobil modellərinin təqdimatı olacaq.

"Qorxma mən səninləyəm -2" filminə seçim elan edilir

"Qorxma mən səninləyəm -2" filminə seçim elan edilir,  Azərbayca-Rusiya. Quruluşçu rejissor -Yuliy Qusman. Baş rollara -18 yaşdan 22 yaşa qədər oğlanlar, 15 yaşdan 21 yaşa qədər qızlar dəvət edilir. Epizodlarda: 18 yaşdan 65 yaşa qədər kişilər, 18 yaşdan 55 yaşa qədər qadınlar. Filmin seçimlərində iştirak etmək istəyənlər Cast_manacer@mail.ru e-mail ünvanına göndərməlidirlər...

Chris Pfeiffer & Red Bull

Dünən Səməd Vurğun adına parkda günümüzün ən məşhur stantrayderi, Kris Pfayferlə şou keçirildi! Mövsümün ən qaynar şousu! İnnovasiya -bu Krisi xarakterizə etmək üçün ən uyğun sözlərdən biridir. Fotoreportajı diqqətinizə çatdırırıq.

Fashion Party

Park Bulvar ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən La Vita restoranında Feşn portalın açılışına həsr olunmuş Fashion show və Fashion nümayiş keçiriləcək. Tədbirdə şou-biznesin və feşn sənayenin bir çox məşhur simaları iştirak edəcək. Qonaqlar arasında ən yaxşı qlamur obraz müsabiqəsi keçiriləcək. Sonra isə sizləri DJ Elvin Bikoo ilə əyləncə gecəsi gözləyir.

Kris Pfayferlə şoudan fotoreportaj

Dünən Səməd Vurğun bağında ən məşhur stantpayder Kris Pfayferin iştirakı ilə şou keçirilib! Mövsümün ən qaynar şousu!

"Şirin Rənglər" Təsviri İncəsənət Festivalı

Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən Şirin Rənglər Təsviri İncəsənət Festivalı Park Bulvar AVM-də yerləşən La Vita restoranında təşkil ediləcək. Festivalın açılışı 22 oktyabr 10:00-da olacaq. Həmin gün Bül-Bül adına musiqi kollektivi  çıxış edəcək. Sonra isə Azərbaycan Rəssamlar İttifaqı və Rəssamlar Akademiyasından peşəkar rəssamlar uşaqlarla birlikdə rəsm çəkəcəklər.

Halloween 3D əyləncə gecəsindən Orxan Aslanovun hazırladığı fotoreportaj

Diqqətinizə Buta Palace-da keçirilən möhtəşəm Halloween 3D əyləncə gecəsindən Orxan Aslanovun hazırladığı fotoreportajı təqdim edirik.

Azərbaycanda LONGINES dostunun rəsmi təqdimatı

Tanınmış İsveçrə saat markası LONGINES-ın Azərbaycandakı rəsmi təmsilçisi  VMF Şirkəti xalq artisti, Dövlət Mükafatı lauriatı, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylini 25 Noyabr 2011-ci il Bakı Caz Mərkəzində “LONGINES-ın DOSTU” elan edəcəkdir...

Ayxan Əliyevin yeni kitabının üz qabığı üçün sima seçimi

Əziz Dostlar! İlk və tamamilə ekskluziv kastinqin vaxtı artıq məlum oldu! 16 dekabr 16:00-da “Park Bulvar” ticarət mərkəzində gənc və gözəl xanımlar arasında yeni "24 saat" kitabımın siması olmaq haqqını qazanmaq üçün kastinq keçiriləcək.

Park Bulvar-da Beynəlxalq “Təşəkkür” günü

Yanvarın 11-i Beynəlxalq “Təşəkkür” günüdür. Dünyanın ən nəzakətli günlərindən birini Park Bulvarda qeyd edin. Təşəkkür ifadələri sehirli təsirə malikdir. Park Bulvar AVM-də Sizi, Əziz Müştərilərimiz, xoş istirahət, sərfəli alış-veriş və qeyri – adi “Təşəkkür” yağışı gözləyir. Yanvarın 11-i saat 14.30-da Park Bulvar AVM-in orijinal, rəngarəng “Təşəkkür” yağışını qaçırmayın.

Yazıçı Mustafa Məstur ilə görüş

Yanvarın 14-də saat 14-də “Əli Və Nino” kitab kafesində tanınmış İran yazıçısı Mustafa Məstur ilə görüş keçiriləcək. Görüşdə yazıçının yeni kitabı təqdim ediləcək. Mustafa Məsturu Balıqçı əllərinə doğru kitabının müəllifi Cənublu yazıçımız Ülkər Ucar müşayiət edəcək. Mustafa Məstur əsərləri avropa dillərinə tərcümə olunan və dünyada ən çox oxunan iranlı yazıçılardan biridir.

Çingiz Abdullayevlə "İmza Günü"

Park Bulvarın 1-ci mərtəbəsində "Əli and Nino" Kitab Evinin kioskunda "İmza Günü" aksiyası çərçivəsində məşhur dedektiv ustası Çingiz Abdullayevlə görüş keçiriləcək. Çingiz Abdullayev bu dəfə yeni "Abırlı Adam" və "Tver Bulvarı" kitablarını imzalayacaq. Hər kəsi 15 yanvar 15:00-da gözləyirik.

"Future Shorts" qısametrajlı film festivalı

"Future Shorts" qısametrajlı film festivalı Azərbaycanda ilk dəfə "Uns" teatrında keçiriləcək. Festivalın Bakıda təşkilatçısı "Yarat"dır! Contemporary Art Space". Future Shorts layihəsi -bütün dünyada ən inkişaf etmiş qısametrajlı kino nümayişi ilə məşhurlaşmışdır.

"Baku Creative Center" açılışı

18 fevral paytaxtımızda yeni "Baku Creative Center" sərgi zalının açılışı oldu. Sizlərə açılışdan olan fotoreportajı təqdim edirik. Photos made by ArtsCouncil Azerbaijan

Golfland 2012

18 fevral 2012-ci il "Golfland" klubda Niderlandın Azərbaycan səfirliyinin dəstəyilə AR Gənclər və İdman Naziri cənab Azad Rəhimov, AR Qolf Federasiyasının Prezidenti cənab Anar Məmmədov, Niderland Səfiri cənab Aren Uyterlind və digər rəsmi şəxslərin iştirakı ilə prezentasiya keçirilib. Tədbirə Niderlanddan peşəkar məşqçi cənab Pit Hayn dəvət olunub və o, işıq effektlərindən istifadə edərək qeyri-adi ekstraordinar master-klass nümayiş etdirib.

Nikki Camal ilə fotosessiya

8 Mart ərəfəsində Eurovision 2011 mahnı müsabiqəsinin qalibi, Azərbaycanda və dünyanın bir çox ölkələrində sevilən Nikki Camal özəl olaraq xanımlar üçün fevralın 28-i 18.00 da fotosessiya və imza günü keçirəcək. Fotosessiya qrup şəklində deyil, hər xanım ilə özəl təşkil olunacaqdır. Toplam 20 xanımla çəkiləcək fotolar tədbirin ertəsi günü – fevralın 29-da dəb web səhifəsi olan ZOVVQ`ün rəsmi facebook səhifəsinə - “QIZLAR ARASINDA” müsabiqə albomuna yerləşdiriləcək və beləliklə, “QIZLAR ARASINDA” fotomüsabiqəsinə start veriləcək.

Zamiqlə "Arxiv" layihəsinin çəkilişləri

6 mart 17:00-da Park Bulvar ticarət mərkəzində "Arxiv" layihəsinin çəkilişləri keçiriləcək. Layihənin ikinci qonağı Azərbaycan şou-biznesinin məşhur nümayəndəsi, istedadlı müğənni Zamiqdir. Hər kəsi dəvət edirik! Fotoaparat gətirməyi unutmayın!

Ədalətlə "Arxiv" layihəsinin çəkilişləri

13 mart 17:00-da Park Bulvar-da World Fashion Cafe-də "Arxiv" layihəsinin çəkilişləri keçiriləcək. Layihənin üçüncü qonağı Azərbaycan şou-biznesinin məşhur nümayəndəsi, istedadlı və parlaq müğənni Ədalətdir. Hər kəsi dəvət edirik! Fotoapparat gətirməyi unutmayın!

"Ali & Nino"dan kitab auksionu

17 mart 16:00-da Park Bulvar-da yerləşən "Ali & Nino" kitab mağazasında məşhur şoumen Murad Dadaşov kitab auksionu keçirəcək. Bütün kitabsevərləri aksiyamıza dəvət edirik!

Natavanla "Arxiv" layihəsinin çəkilişi

21 mart 15:00-da Park Bulvar ticarət mərkəzində World Fashion Cafe-də "Arxiv" layihəsinin çəkilişi aparılacaq. Layihənin dördüncü qonağı şou-biznesin məşhur nümayəndəsi, istedadlı müğənni Natavan olacaq. Hər kəsi dəvət edirik! Fotoaparat gətirməyi unutmayın!

Video

Məlumat kitabçası

Keyf-i-Dem
  • Mətbəx:Türk
  • Ünvan:Həsən Əliyev küç.,119
The House cafe
  • Mətbəx:Avropa
  • Ünvan:Baku, Port Baku Mall
Black Lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Abdulla Şaiq küç., 241
Haven
  • Mətbəx:Avropa
  • Ünvan:
Gallery for kids
  • Mətbəx:
  • Ünvan:S.Vurğun küç. 62
Fantasy
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)