Elan Müxtəlif
Müxtəlif
Unibank-dan əsl xanım hədiyyəsi

Qadın –gözəllik, zəriflik  rəmzidir. Qadınlara istədikləri hədiyyəni etmək üçün isə hədiyyə seçimini məhz xanımların özlərinə həvalə etmək ən doğru qərardır. Elə bu səbəbdən, Unibank qadınların bayramını  möhtəşəm və unudulmaz etmək məqsədilə  8 marta  8  taksit kampaniyasına başlayır. Martın 7, 8 və 9-u ALBALI PLUS (ALBALI) kartı  ilə alış-veriş  əsl bayram əhvalı yaradacaq. 

Beynəlxalq Konkur Turniri

Sizi 9,10 və 11 aprel tarixlərində Binə Atcılıq Mərkəzinə Beynəlxalq Konkur Turnirinə dəvət edirik! Dəvətnamələri ictimai yerlərdə, marketlərdə və şəhərin mərkəzində pulsuz olaraq promo-qrupdan əldə etmək olar. Tədbirdə mükafatlar da oynanılacaq.

9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi

2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbiri - 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar (“HOREX Caucasus 2015”) sərgisinə start veriləcək

14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi

2-4 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2015”) sərgisi keçiriləcək. “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən və planetimizin müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır. “AITF-2015” sərgisində dünyanın 40 ölkədən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz eksklüziv təkliflərini təqdim edəcək.

2-ci Xəzər Beynəlxalq “Katerlər və Yaxtalar” sərgisi

2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisi keçiriləcək. Bu tədbir Xəzər regionunda katerlər, yaxtalar, dəniz inventarının müxtəlif növləri, yaxt-klublar, su-idman növləri və su nəqliyyatını ehtiva edən yeganə sərgidir. 

Fairmont Baku otelin Alov Steakhouse restoranının yeni menyusu

Alov Steakhouse öz yeni menyusunu təqdim edir. Yeni menyuya beş ulduzlu otelin baş aşpazları tərəfindən hazırlanan məzələr, yeməklər əlavə edilib. ABŞ, Argentina, Avstraliya və Hollandiyadan gətirilən yüksək keyfiyyətli ətdən hazırlanan steyklər qurmanların ürəyincə olacaq. Yeni menyu desert həvəskarlarını da sevindirəcək. Alma piroqu, karamelli "brauni" piroq və s.

Baku Fashion week fall/winter 2015-2016 başa çatdı!

Bakıda ikinci Moda həftəsi keçirildi. Təşkilatçılar Hafiz Ağayevin prodüser mərkəzi və enerji və ideya ilə dolu rejissor Nina Drako. Layihə çərçivəsində yenidən öz bacarığını nümayiş etdirmək imkanı verildi. Nümayişlərdə Azərbaycandan 8 dizayner iştirak etdi.

Food & Whiskey Tasting with Glenfiddich at Fairmont Baku

25 aprel, şənbə günü Fairmont Baku otel Alov Steakhouse & Jazz Bar-da Glenfiddich brendinin nümayəndəsi Aleksandr İvçenko ilə ekskluziv yemək və viski dequstasiyası keçiriləcək.

Konkur üzrə CSİ 4* beynəlxalq turniri

Mayın 7-9-da Binədə yerləşən “Elite HorseClub”un açıq manejində atçılığın konkur növü üzrə CSİ 4* beynəlxalq turnir keçiriləcək. Tədbirdə yerli estrada ulduzları iştirak edəcək: istedadlı müğənni Tünzalə Ağayeva və populyar müğənni Miri Yusif.

Bakıda İlk Azərbaycan Moda Həftəsi keçiriləcək

11-14 may tarixlərində Fairmont Baku, Flame Towers otelində ilk rəsmi Azərbaycan Moda Həftəsi keçiriləcək. Dörd gün ərzində Azərbaycan və beynəlxalq moda sənayesi istedadlarının adları ilə müxtəlif nümayişlər, təqdimatlar, sərgilər və tədbirlər keçiriləcək.

Gənc rəssamların sərgisi ajiotaj yaradıb

9 may Megafun əyləncə mərkəzində Kids Art uşaq yaradıcılıq mərkəzi tərəfindən Yeni Həyat şirkətinin dəstəyilə təşkil edilmiş gənc rəssamların sərgisi keçirilib. Tədbir Gül bayramına həsr edilib. Tədbirdə 35 müəllifin 60-dan çox işi göstərilib.

Mari Vanna Bakı: Masalar bəzənib, qapılar açılıb!

Ginza project-in ən uğurlu layihələrindən biri olan, Nyu-York, Vaşinqton, Los-Anceles, London, Moskva və Sankt-Peterburqda məşhur olan “Mari Vanna” restoranı indi Bakıda! Bütün restoranların konsepsiyası eynidir, bu restoran daha çox ötən əsrin sonunun mənzillərinə bənzəyən və qonaqlar üçün qapısı açıq olan rahat və qonaqpərvər, bir evə bənzəyir. Bu evdə hamını ən dadlı və ləziz ev yeməklərinə qonaq edirlər. Lakin hər bir şəhərdə Mari Vanna fərqlidir. Belə ki, Moskvada o daha çox sovet dövründə yaşayan ziyalıların mənzilini xatırladır, lakin Sankt-Peterburqda onun interyeri bir qədər sadədir.

Nike və Puma mağazalarında 70%-ə qədər endirim

 Diqqət! Bütün Nike və Puma mağazalarında 70%-ə qədər endirim! Şansınızı qaçırmayın! Mağazaların ünvanı və telefon nömrələri...

Open Mic Night 2015

7 Oktyabr Vip Loge-da yenə yığışırıq və hər kəs kim öz sözünü demək istəyirsə dəvətlidir. Bizi tanıyanlar qaydaları bilir. 

 

«Üç Paytaxt Turu» Ustad – dərsi & Seminar

Əziz dostlar! 2015-ci ilin sentyabr ayının 28-də 11:30-da «Kempinski Hotel Badamdar» mehmanxanasında "Üç Paytaxt Turu"(Astana, Bakı, Minsk)adlıtədbir baş tutacaq. Həmin tədbir çərçivəsində: Ustad dərsi: "Fabritsio Fatuççinin prezident mətbəxində eko trend"; Seminar: "Restoran biznesi və onun mövqe tutmaq prinsipi. Zirvəyə ucalmağın və orada sabitləşməyin yolları" keçiriləcək. Sizi iştirak etməyə dəvət edirik!

Oktoberfest Kempinski Yay Terrasında

Oktoberfest - Üç günlük əsl Alman Festivalı Kempinski Yay Terrasında! Sizi Bavariyaya rənglənmiş Yay Terrasımıza əsl Alman ənənəsi- Oktoberfest festivalını yaşamağa dəvət edirik! Bavariya mətbəxinin ləziz təamlarını təklif edən zəngin bufet.

21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi

21-24 oktyabr tarixində Bakıda Xəzəryanı regionun inşaat sektoru üzrə ən böyük tədbiri – “BakuBuild 2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçiriləcək. “Xəzər İnşaat Həftəsi”nin başlanğıcını bildirən bu sərgi müxtəlif ölkələri təmsil edən bir çox mütəxəssis tərəfindən səbirsizliklə gözlənilir.

BakuTel 2015 sərgisi

2-5 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransı keçiriləcək. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır.

Yeni il gecəsi Sapphire City Oteldə

Bu il Yeni ili başqa ölkədə qeyd etməyə ehtiyac yoxdur ! Bizim xüsusi təklifimiz var. 31 dekabr Sapphire City Otelinin möhtəşəm şəhər mənzərəli restoranında, unudulmaz Argentina stilli Yeni il gecəsi Sizləri gözləyir . Yeni il gecəsində Forte Village Sardiniada (Italiya) iki nəfərlik vauçer udmaq şansınız olacaq. Tanınmış ifaçı Eka Həsənli, rəqslər, DJ, müxtəlif müsabiqələr,hədiyyələr və s. əyləncələr programa daxildir.

Beynəlxalq Duet simpoziumu

Azərbaycan Keramika Mərkəzi Azərbaycan İncəsənət konsulluğu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni layihə olan Keramika üzrə Beynəlxalq Duet –simpoziumunu təqdim edirlər. Açılış fevralın 15-i saat 19:00 da. Giriş pulsuzdur.

Video

Məlumat kitabçası

Palid cafe & restaurant
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Fizuli küç.,55 (Qış Parkı)
Cosy cafe & lounge
  • Mətbəx:Avropa
  • Ünvan:N.Nərimanov pr., (Statistika dairəsi)
Zayna
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Azadlıq pr., S.Zeynalov küç., 19
Mojo club
  • Mətbəx:Avropa
  • Ünvan:13, Tarlan Aliyarbekhov str.
Mudo Concept
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., (Ganjlik Mall, 2-ci mərtəbə)
Coincasa
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., "Mall Ganjlik" Ticarət Mərkəzi