Elan Konsertlər
Konsertlər
№12-li məktəbin 70-illik yubileyi

Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində №12-li məktəbin 70-illik yubiley ərəfəsində, Azərbaycan Dövlət Kamera Orkestrin konsert programı baş tutacaq. Konsertin bədii rəhbəri və baş dirijoru - Teymur Göyçayev.

Klassik musiqisi konserti

Şövkət Məmmədovanın adına opera studiyasında, Z.Niyazi adına radio-televiziya simfonik orkestrin dəstəyi ilə, tanınmış tenor Yusif Əzizovin solo konserti keciriləcək.

Litva ifaçıların konserti

Dövlət Filarmoniyasının səhnəsində Mistislav Rostropoviç Fondunun gənc istedadlı İfaçılarının konsert programı baş tutacaq. Konsertdə həmçinin dirijor və bədii rəhbər Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak edəcəkdir.

Mahnı və rəqs konserti

Dövlət Filarmoniyasının səhnəsində dirijor və bədiii rəhbər Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və rəqs Ansamblı ilə birgə konsert programı keçirəcəkdir.

Bəstəkarın yaradıcılığ gecəsi

Dövlət Filarmoniyasının səhnəsində dirijor və bədii rəhbər Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan Dövlət Kamera Orkestri bəstəkar Musa Mirzəyevin yaradıcılığ gecəsi çərçivəsində konsert programı keçirəcəkdir.

Asəf Zeynallıya həsr olunmuş yubiley gecəsi.

Dövlət Filarmoniyasının səhnəsində dirijor və bədii rəhbər Fəxrəddin Kərimovun rəhbərliyi altında Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestri  Asəf Zeynallının 100-illik Yubileyi çərçivəsində konsert programı keçiriləcək.

Caz konserti

Dövlət Filarmoniyasının səhnəsində Salman Qəmbərov və Fəridə Məmmədovun ifasında caz musiqisinin konsert programı baş tutacaqdır.

Orqan musiqisi konserti

Bakı Musiqi Akademiyasının Böyük zalında Aleksandr Qorinin ifasında organ Musiqisi konserti baş tutacaq. Konsert F. Mendelsonun anadan olmasının 200 illiyinə həsr olunur. Konsertin progaramında: İ. S. Bax və F. Mendelson.

Arif Məlikovun konserti

Bakı Musiqi Akademiyasının səhnəsində Akademiyanın bəstəkarlıq kafedrasının tələbələrin ifasında konsert programı baş tutacaqdır. Konsert dahi bəstəkarımız  Arif Məlikova həsr olunur.

Tofiq İsmayılovun yubileyi

Rəşid Behbutov adına Mahnı Teatrın səhnəsində xalq artisiti Tofiq İsmayılovun anadan olmasının 70 və sənət həyatının 50 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçiriləcəkdir.

Fortepiano konserti

Almaniya-Azərbaycan mədəniyyət birliyi Kapelhaus səhnəsində Bakı Musiqi Akademiyasının müəllimi, respublika müsabiqələri laureatı Şəhla Quliyevanın iştirakı ilə fortepiano gecəsi qeyd olunacaqdır. Proqramda: Y.S.Bax, Y.Brams, F.List.

Ülviyə Vəloyevanın solo-konserti

Bakı Caz Mərkəzində Ülviyə Vəloyevanın solo-konserti baş tutacaq. "Mənə sevməyi öyrədin..." adlı konsertdə həmçinin Əfqan Quliyev, Sabir Əhnədov, Elnur, Aytac Cəfərova, Aynur İskəndərli, Azad Şabanov və Anar Əhmədov kimi ifaçılar da iştirak edəcəkdirlər.

Kontralto konserti

Muzey mərkəzi sərgi salonunun dairəvi zalında kontralto musiqisi gecəsi qeyd olunacaq. İfa edir fransadan gəlmiş qonaq Patrik Kalafatto, müşayiət edir - Gülşən Anağıyeva.

Konsert "Klarinetissimo"

Üzeir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Böyük zalında 14 aprel 19:00 Respublikanın əməkdar artisti Fikrət Məmmədovun rəhbərliyi altında "Klarinetissimo" adlı konsert programı baş tutacaq. Konsertdə ifa edirlər - Anar Məmmədov (klarnetdə), Vəli Budaqov (klarnetdə) və Aysel Məlikova (pianoda).

Altıncı zərb alətləri festivalı

Paytaxtın yeni açılan möhtəşəm klublardan biri olan - Face klub və restoranda sayca 6-ci olan Zərb alətlərin festivalı keçiriləcəkdir. Festivalda dünyada tanınmış ulduzlar Xulio Barretta, Tanel Ruben, Aleksandr Sapeqa, Aleksandr Zinger, David Kaparidze, Tofiq Cabarov, Natiq Şirinov, Vaqif Əliev iştirak edəcəklər. Həmçinin Azərbaycanı səkkiz zərb ustaları təmsil edəcəkdir.

Baloğlan Əşrəfovun konserti

Ölkənin baş konsert zalında tanınmış müğənni Baloğlan Əşrəfovun konsert programı baş tutacaqdır. Konsertin təşkilatçısı Nahid Eminoğlunun kompaniyası "Ses Organization" olacaqdır. Konsert aprel ayın 21 saat 19:00 start alacaqdır.

Yuriy Sabayevin xatirə konserti

Ü. hacıbəyov adına Dövlət Konservatoriyasının böyük zalında Respublikasının əməkdar müəllimi, professor, mərhum Yuriy Sabayevin əziz xatirəsinə həsr olunmuş konsert programı baş tutacaqdır. İştirak edirlər - Y. Sabayevin sinif yetirmələri.

Klassik musiqisi konserti

Dövlət Musiqi Akademiyasının Böyük zalında F.F. İdayətullanın sinif şagirdlərin ifasında konsert programı baş tutacaqdır. Konsert programında A. Şossonun, D. Şostakoviçin, J. Massnin, M. Ravelin, İ. Çaykovskinin, E. İzainin əsərləri ifa olunacaqdır.

Italyan Gecələri

Üzeir bəy Hacibəyli adına Bakı musiqi akademiyasının böyük zalında Yusif Eyvazovın Italyan Gecələri adlı konserti keciriləcək. İştirak edirlər Azərbaycan radiosu və televiziyasının Niyazi adına simfonik orkestri. Bədii rəbər və baş dirijer əməkdar incəsənət xadimi Azad Əliev.

Beetle Juice konserti

Bakı Caz musiqisi mərkəzində "Beetle Juice" adlı konsert programı baş tutacaqdır. Konsertdə iştirak edirlər - pianoçu Tural, bas-gitarist Niyaz, barabançı Mehran və vokalist Cahan.

Video

Məlumat kitabçası

5 Hundred
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Həsənoğlu pr.,15/A
Atlantis Restaurant & Terrace
  • Mətbəx:Avropa
  • Ünvan:Həsən bəy Zərdabi küç. 20
Capitol Baku
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç.,24
Game Club
  • Mətbəx:
  • Ünvan:S. Rüstəmov küç., 11
Fantasy
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Oasis
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi