"Ol"

"Ol"

Film ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra, sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər. Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır. Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra, bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar.Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şəhzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır. Lakin heç bir çətinliyə baxmayaraq qardaşlar qarşılarına çıxan hər bir əngələ sinə gəlib, həyata, gözəlliyə, insanlara "Ol" deyirlər.

Film Azərbaycan dilində nümayiş olunacaq

10 iyul, 19:00
Giriş sərbəstdir



Kino
"Mon Cinéma Français" lahiyəsi

Sentyabırın 7-də, Fransız İnstitutunun "Mənim fransız filmim" lahiyəsi çərçivəsində, rəssam və kinorejissor Teymur DAİMİ Leos Karaksın «Holy Motors» (2012) filmini təqdim edəcək.

YARAT Film Klub: "Nəsimi"

Bildiyiniz kimi, YARAT Film Klubu təkcə filmlərin nümayişi ilə kifayətlənmir. Həmçinin klub çərçivəsində kino mütəxəssisləri ilə çoxsaylı seminarlar, mühazirələr və ustad-dərsləri keçirilir.

Sizi Azərbaycan filmləri həftəsi gözləyir

16-23 avqust tarixlərində Sizi Azərbaycan filmləri həftəsi gözləyir! "Bəxt üzüyü 2", "Qızqaçırma", "Ağ Tük", "İkinci pərdə", "Don Marleone", "Mən klounam" və "Aşka gəldik" filmlərini Park Cinema kinoteatrlarında izləyə biləcəksiniz!

“Kino Gecəsi”

Avqustun 10-dan 11-nə keçən gecə “CinemaPlus Amburan” kinoteatrında üç ən gözlənilən premyera filmlərinin nümayişi ilə qızmar “Kino Gecəsi” baş tutacaq. 22:30-dan səhər saat 6:00-dək qonaqlara “Meq: Dərinlik bədheybəti”, “Məni atan cəsus” və “Şər” filmləri nümayiş olunacaq.

Bütün məqalələr
“Açıq qapı” günü

Muzey– mədəniyyətin ən gözəl və ən ali dəyərlərinin cəmləndiyi, bəşəriyyətin nail olduğu uğurların nümayiş edildiyi məkandır.

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.