Özünü kəşf et- Böyüklər üçün ustad dərsləri
Uğurlu bir aydan sonra, böyüklər üçün nəzərdə tutulmuş "Özünü kəşf et" adlı ustad dərslərinin yeni proqramını təqdim edirik.
Bu dəfə də incəsənət aləminə qərq olub, rəngbərəng və maraqlı axşam keçirəcəksiniz və öz istedadınızın yeni sərhədlərini kəşf edəcəksiniz. Bu işdə isə sizə peşəkar ustad-müəllimlər kömək edəcəklər.
Dərslər həm təcrübəsiz, həm də dəfələrlə rəsm çəkənlər üçün nəzərdə tutulmuşdur.
Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.
Avqust proqramı:
1 və 8 avqust – İnna Kostina
Mövzu: Simurq (Batika)
15 avqust – Əliyar Əlimirzəyev
Mövzu: Rəng və forma
22 avqust – Gülarə İsrafilova
Mövzu: Bakı guşələri
29 avqust – Əsmər Nərimanbəyova
Mövzu: Rənglərin səsləri
İştirakçıların sayı məhdud olduğundan (20 nəfər) qeydiyyatdan keçmək zəruridir
Qeydiyyat üçün: 0502514115
Qeydiyyat çərşənbə–bazar günü, saat 12:00-dan 20:00-dək aparılır
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi (Dövlət Bayrağı Meydanının yaxınlığı)