Bakıda gedə biləcəyiniz 5 maraqlı anti cafe

  • 06.04.2023
  • 18157

  • Şəhər

1. Vermont Anti Cafe
Əgər dincəlmək və yaxşı vaxt keçirmək üçün rahat və qeyri-adi bir yer axtarırsınızsa, o zaman Vermont Anti Cafe-yə mütləq gəlməlisiniz! Stolüstü oyunlar, karaoke, PlayStation, kitablar, limitsiz çay, kofe və şirniyyatlar sizin ixtiyarınızdadır. Burada müvafiq sayda insan üçün müxtəlif otaqlar bron etmək imkanınız var. 7-8 nəfər üçün nəzərdə tutulmuş “Winterfell” otağı ən atmosferli otaqlardan biri hesab olunur. Onun unikal dizaynı uzun müddət yaddaşlarda qalacaq. Bu antikafedə gitara və piano da var.

Bir nəfər üçün qiymət:
1-ci saat: 5 AZN
2-ci saat: 4 AZN
3-cü saat: 3 AZN
4-cü və sonrakı saatlar: 2 AZN
Qiymətə limitsiz çay/qəhvə, şirniyyat və stolüstü oyunlar daxildir.


2. Concept Anti Cafe
Concept Anti Cafe istirahət üçün əla seçimdir. Limitsiz çay/qəhvədən əlavə, PlayStation 3, PlayStation 4, karaoke, kinoteatr otağı, Netflix filmləri və əlliyə yaxın stolüstü oyun sizi sevindirəcək! Onların arasında Tik-Tak, Twister, Game of Thrones, Labirint, Sega, Codenames, Mafia, Taboo və s.
Concept Anti Cafe-nin bir neçə filialı sizin xidmətinizdədir. Tələbələr üçün 20% endirim, ad günləri olanlar və onların dostları üçün isə 30 dəqiqə hədiyyə olaraq keçərlidir!

Bir nəfər üçün qiymət:
Standart paket
1-ci saat: 5 AZN
2-ci saat: 4 AZN
3-cü saat: 3 AZN
4-cü saat: 2 AZN
Növbəti saatlar: 1 AZN
Ekonom paket
Hər saat 2 AZN (paketə çay, kofe və şirniyyat daxil deyil)


3. Tik-talk Anti Cafe
Tik-talk Anti Cafe dostlarla vaxt keçirmək üçün mükəmməl yerdir. Bu yerin üstün cəhəti ondan ibarətdir ki, stolüstü oyunları icarəyə götürə bilərsiniz. Bu antikafe sadəcə əylənmək üçün deyil. Burada master klasslar, tədbirlər, iş görüşlər, tematik partiyalar və digər özəl günlərin təşkili üçün hər cür şərait var. Tələbələrə 20% endirim verilir, ad günü olanlar isə antikafedə bir gününü pulsuz keçirə bilərlər!

Bir nəfər üçün qiymət:

1-ci saat: 5 AZN
İkinci saatdan hər 10 dəqiqədən bir: 0,5 AZN

4. Apartment9
Apartment9-da mütləq darıxmayacaqsınız! Burada bir stəkan çaydan və sevimli şirniyyatlardan həzz alaraq hobbinizlə məşğul ola bilərsiniz. Ümumi zalda korporativ tədbirlər, əyləncə gecələri və mühazirələr keçirilə bilər. Rahat şərait sizə sakitcə işlə və ya təhsillə məşğul olmağa imkan verir. Üstəlik, bu antikafe qonaqları üçün yeməklərdən ibarət menyu təqdim edir. VIP otaq da var.

Bir nəfər üçün qiymət:
1-ci saat: 4 AZN
2-ci saat: 4 AZN
3-cü və sonrakı saatlar: 2 AZN
Qiymətə limitsiz çay/qəhvə, şirniyyat və stolüstü oyunlar daxildir.

 

5. 5 doors Anti Cinema
5 doors Anti Cinemada darıxmayacağınıza əmin ola bilərsiniz. Burada sizi xoş mühit və gülərüz personal gözləyir. Rahat divanlarda uzanaraq Netflix filmindən zövq ala bilərsiniz. Xüsusi günlərdə otağı bəzəmək xidmətləri də mövcuddur. Limitsiz çay, kofe və şirniyyatlardan əlavə, burada özünüzlə yemək gətirmək olar.

Qiymət:
Hər saat  16 AZN (səkkiz nəfərə qədər)



Şəhər
Bakıda piknik edə biləcəyiniz məkanlar

Bu gözəl yerlərdə siz pulsuz piknik edə, mənzərədən və gözəllikdən həzz ala bilərsiniz

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!