YARAT Film Klub: Mələyin öpüşü

  • 22.04.2019
  • 11654

  • Şəhər

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir. 
Film atası ücbatından ərköyün və özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə edən Cahan haqdadır.
Cahan xəstə atasına baxmaq üçün, iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileynənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məhşur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir şəkildə işi qəbul etsə də başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir birilərinə qarşı duyğuları dəyişir... 

Film Azərbaycan dilində nümayiş olunacaq 

Yerlər məhduddur! Xahiş olunur gecikməyəsiniz! 

1 may, 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir 



Şəhər
Bakıda piknik edə biləcəyiniz məkanlar

Bu gözəl yerlərdə siz pulsuz piknik edə, mənzərədən və gözəllikdən həzz ala bilərsiniz

Bakıda gedə biləcəyiniz 5 maraqlı anti cafe

Çox pul xərcləmədən dostlarınızla vaxt keçirmək və ya işlə məşğul olmaq istəyirsinizsə, antikafe ən yaxşı seçimdir. Anticafe sizə qeyri-məhdud sayda içki və şirniyyat təqdim edir, ancaq siz yalnız vaxt üçün ödəyirsiniz.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!