"Yenə o bağ olaydı" səyyar sərgisi

  • 30.07.2018
  • 12697

  • Mədəniyyət

YARAT Müasir İncəsənət Məkanı, sizi məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət "Yenə o bağ olaydı" səyyar sərgisini təqdim edir. Bu sərgi, Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş "Üçüncü cənnət" (Third Paradise) nəzəriyyəsini müzakirə etməklə, "CITTADELLARTE Fondazione Pistoletto" Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. "Üçüncü cənnət" nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Sərgi, Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ilə başlayır. Bu labirint, ziyarətçiləri labirintin içindən keçirərək, onların öz daxili "mənini", kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və "fərdi səyahət" üçün metafora kimi istifadə edilib. Bu səyahət, ziyarətçini "Üçüncü cənnət" simvolunun üzərinə gətirib çıxarır. Həmin simvol "Qazax qatlaması" şirniyyatından hazırlanıb. Sözügedən simvol, üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqalar təbiiliyi və süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir.

Rəssam Etibar İsmayılov, bu sərgi üçün "arzular quyusu" yaradıb və onun istifadəsinə dair "şifrələnmiş" dildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın "mümkün olmayan heç nə yoxdur" inancını ifadə edir. 

Günay Əliyevanın əsəri, İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız, etiraflarımızdan daha çox bizim özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır. 

Mousa Bəyzadə, "Üçüncü cənnət" ideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri, sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan və texnologiyalar, təbiət və sünilik arasında harmonik münasibətlərin mümkünlüyü sübuta yetirir. 

Nəzrin Məmmədovanın aktual, fənlərarası və sinxron əsəri, texnologiyalar, dizayn və təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub və dağlarda əks-səda və rezonasiya verməklə, çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır.

Vüsalə Ağarazıyevanın əsərinin başlıca məqsədi, yüksək texnologiyaların imkanlarına rəğmən, harmoniya və məqsədyönlü əlaqənin vacibliyini vurğulamaqdır. Belə ki, yüksək texnologiyalar bir tərəfdən həyatımızı asanlaşdırsa da, biz, təbiətin bizə bəxş etdiklərinə də biganə qalmamalıyıq. Rəssamın tərəzinin bir gözünə kiçik elektron cihazları, digər gözünə isə qum tökməklə öz "balansını" və bu konsepsiyanı vizuallaşdırır.

Leyli Qafarovanın “Qılman” (yaraşıqlı, gənc, saqqalsız cənnət kişiləri) adlı multimedia layihəsi, hollandiyalı filosof Mişel Lizenberqin aktiv, siyasi və ya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, passivliyi və tolerantlığı ilə təmsil edilən İslam dünyasının “sakit qüvvəsindən” bəhs edən nəzəriyyəsinə istinad edir.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə birgə həyata keçirilir.

QAZAX DÖVLƏT RƏSM QALEREYASI
Ünvan: Heydər Əliyev prospekti, 75 
İş rejimi: Bazar ertəsi – şənbə, saat 09.00-17.00 
Əlaqə: 02229 -5-10-15

QAZAX DÖVLƏT RƏSM QALEREYASI
Sərginin müddəti: 30 iyul – 28 oktyabr 
Açılış: 30 iyul, saat 15:00
Giriş sərbəstdir



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!