YARAT Film Klub: "Nəsimi"

Bildiyiniz kimi, YARAT Film Klubu təkcə filmlərin nümayişi ilə kifayətlənmir. Həmçinin klub çərçivəsində kino mütəxəssisləri ilə çoxsaylı seminarlar, mühazirələr və ustad-dərsləri keçirilir. 

Beləliklə, sentyabrın 4-də, rejissor Həsən Seyidbəylinin "Nəsimi" tarixi filmini izləyib, XIV və XV əsrlərdə cərəyan edən hadisələrə qərq edəcəyik.

Tədbirimizin xüsusi qonağı Azərbaycanın Xalq artisi Rasim Balayevdir.

Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.

Film 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində "Ən yaxşı tarixi film" mükafatına layiq görülmüşdür. Aparıcı rolda çıxış edən aktyor Rasim Balayev isə "Ən yaxşı kişi rolu"mükafatını qazanmışdır. 

Tarix: 4 Sentyabr
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Qeydiyyat üçün: 0502469292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır 



Kino
"Mon Cinéma Français" lahiyəsi

Sentyabırın 7-də, Fransız İnstitutunun "Mənim fransız filmim" lahiyəsi çərçivəsində, rəssam və kinorejissor Teymur DAİMİ Leos Karaksın «Holy Motors» (2012) filmini təqdim edəcək.

Sizi Azərbaycan filmləri həftəsi gözləyir

16-23 avqust tarixlərində Sizi Azərbaycan filmləri həftəsi gözləyir! "Bəxt üzüyü 2", "Qızqaçırma", "Ağ Tük", "İkinci pərdə", "Don Marleone", "Mən klounam" və "Aşka gəldik" filmlərini Park Cinema kinoteatrlarında izləyə biləcəksiniz!

“Kino Gecəsi”

Avqustun 10-dan 11-nə keçən gecə “CinemaPlus Amburan” kinoteatrında üç ən gözlənilən premyera filmlərinin nümayişi ilə qızmar “Kino Gecəsi” baş tutacaq. 22:30-dan səhər saat 6:00-dək qonaqlara “Meq: Dərinlik bədheybəti”, “Məni atan cəsus” və “Şər” filmləri nümayiş olunacaq.

Rusların “CinemaPlus”da inanılmaz sərgüzəştləri

Premium kinoteatr “CinemaPlus Amburan Mall”da, açıq havada Aleksandr Sekalonun rəhbərliyi altında rus komediya filmi olan “Kilimandjara”nın qapalı nümayişi keçirilib.

Bütün məqalələr
“Açıq qapı” günü

Muzey– mədəniyyətin ən gözəl və ən ali dəyərlərinin cəmləndiyi, bəşəriyyətin nail olduğu uğurların nümayiş edildiyi məkandır.

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.