Rusiyalı veykborder – Nikita Martyanov Masazır duz gölündə

Bu yaxınlarda Bakı məşhur rusiyalı, eyni zamanda Red Bull atleti olan Nikita Martyanovun qısa səfərinə ev sahibliyi etdi. Nikita veykbordinq idman növündə 13 qat Rusiya çempionu olmaqla yanaşı, bu idman növü çərçivəsində Avropa çempionatında ilk üçlükdə, Dünya çempionatında isə ilk beşlikdə yer alma şərəfinə nail olan bir idmançıdır.

Çempionatlarda göstərdiyi performanslar hər nə qədər onun ürəyincə olsa da, bu, onun öz seçimi əsasında olmur. Lakin Nikita özü tez-tez göz qamaşdırıcı və heyrətamiz bacarıqlarını nümayiş etdirmək üçün dünyanın mükəmməl, qeyri-adi yerlərində performans tədbirləri təşkil edir. Əlbəttə ki, bu dəfə də o, öz ənənəsindən geri qalmadı. Bu dəfəki istiqamət isə Azərbaycanın paytaxtından 15 km məsafədə yerləşən, dünyanın 9 çəhrayı duz gölündən biri olan Masazır gölü idi. Nikita da bu su rezervuarının səthində öz möhətəşəm bacarıqlarını nümayiş etdirmək üçün Azərbaycana gəldi. 

2010-cu ildən etibarən Masazır gölü, onun sahilində yerləşən duz fabriki üçün xammal mənbəyi kimi istifadə edilir. Göldə olan duz kütləsi təxminən 1735 milyon ton hesab edilir. Su hövzəsinin dərinliyinin az olması və suda ləvazimatları korroziyaya uğrada biləcək cilalanmamış duzun çox olması səbəbindən orada qayıq ilə hərəkət etmək mümkünsüz idi ki, belə olan halda da dartıcı qüvvə kimi yük avtomobilindən istifadə edildi. 

29 yaşlı Red Bull idmançısı çıxışından sonra fikirləri ilə bölüşdü: “Bu, çox qeyri-adi bir təcrübə idi. Su hövzəsinin həddindən artıq dayaz olmasına görə mən öz bacarıqlarımı tam şəkildə, ürəyim istəyən formada nümayiş etdirə bilmədim. Göldə su çox az idi ki, bu da lövhə ilə duz arasında çox az miqdarda lubrikant qatının olmasına səbəb yaradırdı. Lakin bütün bunlara baxmayaraq, mən öz çıxışımdan çox razı qaldım və yerinə yetirdiyim mürəkkəb hərəkətlərin də insanlarda bir heyranlıq doğuracağından əminəm. Bu, mənim Azərbaycana ilk səfərim idi. Onu deyə bilərəm ki, paytaxtınızın gözəlliyinə, yerli insanların qonaqpərvərliyinə, yerli yeməklərin ləzzətinə, bir sözlə, sizin ölkənizə vuruldum. Əminliklə deyə bilərəm ki, bu ölkəyə bir gün yenidən qayıdacağam. Özü də daha böyük layihələrin bir parçası olaraq...”

Veykbordinq dünyanın ən maraqlı, ən həyəcanlı, ekstrim dolu və müasir üslubda təşkil edilmiş idman növlərindən biridir. Veykbordinq (Bu idman növünün adı ingilis dilindən götürülüb, burada “wake” qayığın arxasından çıxan dalğa, “board” isə lövhə mənasını verir) qayığın arxasına bərkidilmiş ipin bağlandığı lövhə ilə suyun səthində hərəkətlər etməyə əsaslanır. Eniş və yoxuşların bir-birini əvəzlədiyi, akrobatik hərəkətlərin, dalğa altında sürüşlərin dolu olduğu bu dinamik, parlaq və həddindən artıq dərəcədə həyəcan dolu olan idman növü snoubordinq, skeytbordinq, sörfinq və su xizəyi idman növlərinin kombinasiyası fonunda formalaşıb.



Şəhər
ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

ARTIM: Vüsal Əhmədov "Atalar 3-dən deyib" müzakirə

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar Həqiqətlər" sərgisi çərçivəsində rəssam Vüsal Əhmədovun iştirakı ilə sosial problemlər üzrə "Atalar 3-dən deyib" adlı müzakirəyə dəvət edir.

Bütün məqalələr
“Açıq qapı” günü

Muzey– mədəniyyətin ən gözəl və ən ali dəyərlərinin cəmləndiyi, bəşəriyyətin nail olduğu uğurların nümayiş edildiyi məkandır.

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.