YARAT Akademiyası 2018 / Payız sessiyası

YARAT Akademiyası incəsənət haqqında cəmiyyəti maarifləndirməyə qarşısına məqsəd qoyaraq, geniş resurs və imkanlara malikdir. 

Payız sessiyası bu il "Konseptual incəsənət və onun formaları" mövzusuna həsr olunacaq. Beynəlxalq və yerli ekspertlərin mühazirə və ustad dərslərində iştirakınızla yanaşı, siz eyni zamanda bir sıra tamaşaları izləmək imkanı əldə edəcəksiniz.

Bu sezonun ekspertləri sırasında:

Karolina Folkholt – tam fərqli istiqamətlərdə çalışan rəssam. Əsərlərin mövzuları əsasən ziddiyyətli anlayışlara həsr olunur.
Tarix: 1 Oktyabr, 19:00

Yevi Joxova – YARAT Müasir İncəsənət Məkanının fransalı resident rəssamı.
Tarix: 8 Oktyabr, 19:00
Mövzu: "Sənin üçün rəqs edirəm, mənim şah əsərim”
Məkan: YARAT Studiya

Aurelien Lepetit – YARAT Müasir İncəsənət Məkanının fransalı resident rəssamı.
Tarix: 17, 19 və 22 Oktyabr, 19:00
Mövzu: "Münasibət: xoreoqrafiya və gündəlik həyat tərzi"

Fərəh Ələkbərli – YARAT Müasir İncəsənət Məkanının kuratoru.
Tarix: 24 Oktyabr, 19:00
Mövzu: "Azərbaycan konseptual incəsənəti" (90-cı illərdən başlayaraq)

Olqa Şişko – sənətşünas, kurator, müəllim. Müasir innovativ mədəniyyətin qarışıqlı əlaqələrinin və yeni texnologiyaların problemlərinə həsr olunmuş bir sıra beynəlxalq tədbirlərin, festivalların və sərgilərin təşkilatçısıdır.
Tarix: 26 Oktyabr, 19:00
Mövzu: "Video-art"

Pedro Qomes-Eqanya – rəssam, hal-hazırda Norveçin Bergen Universitetinin incəsənət fakültəsində professor və elmi-işçi kimi fəaliyyət göstərir.
Tarix: 2 Noyabr, 19:00
Mövzu: "Obyektivlik və heykəltəraşlıq"

Bartoş Jurovski – teatr rejissoru və dramaturqdur, Avropa Ali Məktəbinin doktorantıdır (fəlsəfə, incəsənət və tənqidi təfəkkür bölməsi üzrə), müstəsna nailiyyətlər əldə etmiş sənətkarlar üçün "Gənc Polşa" təqaüdünü qazanmışdır.
Tarix: 9 Noyabr, 19:00
Mövzu: "Sərhədsiz teatr"

Aqil Abdullayev – istedadlı rəssam, bir sıra beynəlxalq festivalların və sərgilərin iştirakçısıdır.
Tarix: 12 və 14 Noyabr, 19:00
Mövzu: "Performans sənəti gənc incəsənət platformasını necə formalaşdırır?"

Fərid Abdullayev – sənətşünaslıq namizədi. Mədəniyyət və ictimai təşkilatların idarəetməsi sahəsində 20 illik təcrübəsinə malikdir.
Tarix: 19 Noyabr, 19:00
"Fikiri necə formalaşdırmaq olar?"

Panel diskussiya: Suad Qarayeva-Maleki – kurator və YARAT Müasir İncəsənət məkanının bədii rəhbəri. 

Vaciko Çaçxiani – obyektlərin və insan fəaliyyətinin eyni zamanda mövcudluğu (bir çox hallarda onlar orijinal performans formasına düşürlər) rəssamın yaradıcılığında başlanğıc nöqtəsi sayılır. 
Tarix: 3 Dekabr, 19:00

YARAT-ın imkanları:
- Ödənişsiz müasir kitabxana və WI-FI (Kitabxanada dünyanın ən nüfuzlu incəsənət nəşriyyatlarının kitabları Azərbaycan, ingilis və rus dillərində oxucular üçün təqdim olunub. Müxtəlif araşdırmaların həyata keçirilməsi üçün tələbələr WI-FI xidmətindən sərbəst şəkildə istifadə edə bilərlər)

- Audio və video materialların təqdim olunması (YARAT Akademiyası müddətində keçirilən bütün mühazirələr, ustad dərsləri və görüşlər zamanı istifadə olunan audio və vizual resurslar daimi iştirakçılara təqdim olunur)

- Tərcümə (YARAT Akademiyasının bütün xarici mütəxəssis mühazirələri hər zaman Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur)

- Buraxılış sertifikatı (YARAT Akademiyasının bütün mühazirələrində aktiv iştirak edən və tapşırıqları uğurla yerinə yetirən tələbələr kursun yekununda sertifikatla təmin olunacaqlar)

Qeydiyyat: 
YARAT Akademiyasında iştirak etmək istəyənlər qeydiyyatdan email vasitəsi ilə məktubun «Mövzu» bölməsində «YARAT Akademiya» qeyd edərək, aşağıda göstərilən məlumatı göndərməlidirlər: 
- Ad, soyad
- Ali təhsil ocağının adı, fakültə
- Əlaqə telefonu

Poçt ünvanı: helpdesk@yarat.az

Daha ətraflı məlumat yaxın bir zamanda təqdim olunacaq





Şəhər
YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

ARTIM: Vüsal Əhmədov "Atalar 3-dən deyib" müzakirə

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar Həqiqətlər" sərgisi çərçivəsində rəssam Vüsal Əhmədovun iştirakı ilə sosial problemlər üzrə "Atalar 3-dən deyib" adlı müzakirəyə dəvət edir.

ARTIM: Murad Əkbərli "Cənub adət-ənənələri" ustad dərsi

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar həqiqətlər" sərgisi çərçivəsində rəssam Murad Əkbərli tərəfindən cənub adət-ənənələri mövzusunda ustad dərsinə dəvət edir.

Bütün məqalələr
YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

X Beynəlxalq Mstislav Rostropoviç Festivalı

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə 2019-cu il 22-27 aprel tarixində Bakı şəhərində Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.