9-cu Avropa Film Festivalına Bakıda start verildi

  • 03.10.2018
  • 27477

  • Kino

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

Proqrama 17 Avropa İttifaqı ölkəsindən (Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq), eləcə də Norveç və Azərbaycandan 19 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilmişdir.

Keçən illərdə olduğu kimi festivalda Avropa kino industriyasının ən son trendləri ilə tanış olmaq, Festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları ilə keçiriləcək master-klasslar və müzakirələrdə iştirak etmək imkanı təklif ediləcəkdir. Festivalın qonaqları rejissura, kamera, montaj və ssenari sahəsində 30 ildən artıq təcrübəsi olan Hollandiyanın film rejissoru Mark Verkerk və uğur qazanmış natura filmlər silsiləsinin quruluşçu rejissoru İqnas van Şaik, Bolqarıstanın film və televiziya seriallarının ssenaraisti Teo Çepilov və Litvanın məşhur sənədli film rejissoru Arunas Matelisdir. Bütün tədbirlər ictimaiyyət üçün açıq şəkildə təşkil ediləcək və "yer birinci gələnindir" prinsipi əsasında giriş sərbəst olacaqdır.
   
Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 

Avropa Film Festivalı, filmlərin qrafiki və təfərrüatları barədə əlavə məlumat üçün www.parkcinema.az və ya www.eeas.europa.eu/delegations/azerbaijan və Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Facebook tədbir səhifəsinə müraciət edin. Avropa İttifaqını Park Cinema ilə bərabər keçirddiyi festivalın proqramını Sizə təqdim edirik:

10 oktyabr 2018 - 18:30 - Niderland - "Wild Amsterdam" by Mark Verkerk, Ignas van Schaik
10 oktyabr 2018 - 18:30 - Macarıstan - "Kincsem" by Gábor Herendi    
11 oktyabr 2018 - 18:30 - Almaniya - "Barbara" by Christian Petzold
11 oktyabr 2018 - 20:30    Litva - "Wonderful Losers-A Different World" by Arūnas Matelis
12 oktyabr 2018 - 18:30 - Portuqaliya - "PERDIDOS (Lost)" by Sérgio Graciano
12 oktyabr 2018 - 20:20 - Latviya - "Dream Team 1935" by Aigars Grauba
13 oktyabr 2018 - 15:00 - Bolqariya - "Bubblegum" by Stanislav Todorov Rogi
14 oktyabr 2018 - 15:00 - Çexiya - "Dark blue world" by Jan Svěrák
15 oktyabr 2018 - 20:30    - Belçika - "In Syria" by Philippe Van Leeuw
16 oktyabr 2018 - 18:30 - Fransa - "See You Up There" by Albert Dupontel
16 oktyabr 2018 - 20:45 - Xorvatiya - "Halima's path" by Arsen Anton Ostojić
17 oktyabr 2018 - 18:30 - Polşa - "303 Squadron" by Denis Delić
17 oktyabr 2018 - 20:40 - Norvegiya - "Pioneer" by Erik Skjoldbjærg
18 oktyabr 2018 - 18:30 - Rumıniya - "Summer's Over" by Radu Potkoava
18 oktyabr 2018 - 20:30 - İsveç - "A Serious Game" by Pernilla August
19 oktyabr 2018 - 18:30 - Böyük Britaniya - "Finding your feet" by Richard Loncraine
19 oktyabr 2018 - 20:35 - İtaliya - "The Vanishing of Pato" by Rocco Mortelliti
20 oktyabr 2018 - 15:00 - İspaniya - "The grandfather" by José Luis Garci
21 oktyabr 2018 - 15:00 - Azerbaijan - "Həddən artıq uyğunluq" by Ulviyya Karimova (Konul)

Festival 10-21 oktyabr tarixlərində baş tutacaq. Giriş ödənişsizdir, biletləri yerində kassadan əldə etmək olar.



Kino
13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Bayramdan öncəki son həftəni ailəniz və uşaqlarınızla birlikdə faydalı və əyləncəli keçirmək istəyirsinizsə, sizə Bakıda gedə biləcəyiniz 6 teatr tamaşası təklif edirik!

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!