ANİMAFİLM Birinci Beynəlxalq Bakı Animasiya festivalı

  • 09.10.2018
  • 8594

  • Mədəniyyət

Salam! ANİMAFİLM Birinci Beynəlxalq Bakı Animasiya festivalına maraq göstərib baş çəkdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Festival üç gün – oktyabrın 19-dan 21-dək müddətində şəhərin müxtəlif məkanlarında keçiriləcək. Festivalın əksər tədbirlərinə giriş sərbəstdir. Festivalın ətraflı proqramı oktyabrın 10-da festivalın rəsmi saytı www.animafilm.az -da dərc olunacaq. 

Yerlər məhduddur!

Festivalın keçiriləcəyi yerlərdə oturacaq yerləri məhdud sayda olduğundan, qeydiyyat formalarını indidən doldurmağı sizdən xahiş edirik.
Hazırda aşağıdakı tədbirlərə qeydiyyata düşmək olar:

1) ANIMAFILM festivalının açılışı
https://docs.google.com/forms/d/e/1FAIpQLSc3rD-OeWRsgYOB-fzld6Tv8dPAcKUcPMkqxUSI5bnqzRxooA/viewform
Keçiriləcəyi yer: "XX-XXI əsr Azərbaycan rəngkarlığı" muzeyi
Keçiriləcəyi vaxt: 19.10.2018, 18:30 – 21:00
Yaş həddi: 12 yaşdan yuxarı
Ünvan: Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanı, Bakı, Azərbaycan, AZ 1003 ("YARAT" Müasir İncəsənət Məkanı)
Xəritə: https://goo.gl/maps/NkZUtreX9Ft
GİRİŞ SƏRBƏSTDİR

Qeyd: Ancaq qeydiyyata düşmüş istifadəçilər bu tədbirdə iştirak edə bilərlər.

ANİMAFİLM – 19-21 oktyabr 2018-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək ilk Beynəlxalq Animasiya Festivalıdır. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Birinci ANİMAFİLM Festivalının mövzusu – “Azərbaycan animasiyası”dır. Azərbaycanın ən yaxşı qısametrajlı animasiya filminin seçiləcəyi milli müsabiqədən başqa, tamaşaçıları Azərbaycan animasiya tarixinə həsr edilmiş bir sıra tədbirlər gözləyir. Yerli və xarici müəlliflərin müştərək zəhməti hesabına başa gələn “Azərbaycan animasiyası” kitabı da ilk dəfə bu tədbirdə təqdim ediləcək. Festivalın mövzusu çərçivəsində müəlliflərin iştirakı ilə ən yaxşı Azərbaycan animasiya filmlərinini retrospektivi, “ReAnimasiya” sərgisi, həmçinin peşəkarların ustad-dərsləri keçiriləcək.

Festivalın təşkilatçıları: “PERİ FİLM” MMC

Baş sponsorlar: YARAT, BUTA FILM, “Müasir incəsənət mərkəzi” qalereyası, BRK – Birləşmiş Rəssamlar Klubu, “Nizami” kinoteatrı, “Azərbaycanfilm” kinostudiyası

Media dəstəyi: ANIMA.AZ, Frame.az, Trend.az, Animation-festivals.com, Zippyframes.com, Famtram.az, Manera.az, CVN.TV, Edumap.az, Reaksiya.az



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!