BKM-də "Novruzum" adlı müsabiqəyə start verildi!

  • 01.02.2019
  • 7136

  • Şəhər

BKM-də "Novruzum" adlı müsabiqəyə start verildi!

Əziz dostlar!
Bakı Kitab Mərkəzi fevralın 1-dən etibarən Novruz bayramına həsr olunmuş, "Novruzum" ümumi adı altında "Ən gözəl rəsm" və "Ən maraqlı nağıl" müsabiqələrinin başlanmasını elan edir. 
Müsabiqələr 5-14 yaş arası uşaqlar arasında keçirilir. 
Müsabiqələrdə iştirak etmək istəyənlər Novruz bayramı mövzusuna aid rəsm əsəri çəkib, YA DA nağıl yazıb bizə göndərməlidirlər.
RƏSM ƏSƏRİ A4 kağızda (210 х 297 mm.) müxtəlif texnikalarda – sulu boya, quaş, pastel, flomaster, tuş, karandaşla, habelə qarışıq texnikada işlənə bilər. Rəsmin arxa tərəfində müəllifin adı, soyadı, təvəllüdü, oxuduğu məktəb və əlaqə nömrəsi qeyd olunmalıdı. 
Rəsm əsərini Bakı Kitab Mərkəzinə (Ünvan: Bakı, Ü. Hacıbəyli küç. 5, "Sahil" metro stansiyasının yanında) gətirmək və ya skan olunmuş şəkildə info@bakubookcenter.az adlı elektron ünvanına göndərmək xahiş olunur. Rəsmlərin qəbulu üçün son tarix MARTIN 1-dir. 
NAĞIL kompüterdə yığılmalı və Word proqramının 14-cü şrifti ilə yazılmalıdır (2-3 səh.) Yazı MARTIN 1-dək info@bakubookcenter.az adlı elektron ünvanına göndərilməlidir. Nağılın sonunda müəllifin adı, soyadı, təvəllüdü, oxuduğu məktəb, əlaqə nömrəsi yazılmalıdır. 
Qeyd edək ki, eyni zamanda hər 2 müsabiqədə iştirak etmək olar. 
"Novruzum" ümumi adlı rəsm və nağıl müsabiqələrinin qaliblərinə BKM tərəfdən diplomlar və hədiyyələr təqdim olunacaq.

Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.