YARAT Freestyle: Xoreoqrafiya və gimnastika üzrə ustad dərsi

  • 11.02.2019
  • 6714

  • Şəhər

Əgər siz xoreoqrafiya və gimnastikanın əsasları haqqında geniş məlumat əldə etmək istəyirsinizsə, əgər sizə rəqsə yeni başlayanların şpaqata necə oturması, öz bədən elastikliyini necə inkişaf etdirməsi maraqlıdırsa, buyurun, fevralın 14-ü, gənc və istedadlı rəqqas Fərid Kazakovun keçirəcəyi ustad dərsinə qatılın!
Məşğələnin birinci hissəsi, gimnastika və xoreoqrafiya ilə məşğul olmaq üçün, bədən elastikliyini inkişaf etdirmək, əzələlərin dartılması (isinmə hərəkətləri) və onların gücləndirilməsi təlimlərini özündə birləşdirən bir sıra əsas məşğələlərdən ibarət olacaq. İştirakçılar bədənin plastikasını yaxşılaşdırmaq üçün baza elementləri və tapşırıqları mənimsəməklə yanaşı, rəqs vasitəsilə özlərini ifadə etməyi öyrənəcəklər. 
Ustad dərsin ikinci hissəsində Fərid Kazakov klassik balet, müasir və gimnastika rəqslərinin daxil olduğu repertuardan nömrələr nümayiş etdirəcək.

Fərid Kazakov – Bakı Xoreoqrafiya Akademiyasının məzunu, Moskva Beynəlxalq Xoreoqrafiya Müsabiqə-Festivalının ikiqat qalibi, Beynəlxalq Rəqs Olimpiadasının qalibi, Qəmər Almaszadə adına Balet Artistlərinin Müsabiqəsinin laureatı, Vaxtanq Çabukiani adına III Tbilisi Beynəlxalq Xoreoqrafiya Festivalının laureatı, "Yaradıcılıq Olimpində" - XX Beynəlxalq Yaradıcılıq Müsabiqə-Festivalının (Soçi, Rusiya) qalibi, "Rusiyada italyan gecələri" Beynəlxalq Müsabiqə-Festivalının əsas mükafatçısı, çoxqat Azərbaycan, Rusiya və Gürcüstan çempionudur. Hal-hazırda, Fərid, Moskvada "SanSara" Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının, eləcə də, Bakıda "Zabradance" Gimnastika və Rəqs Məktəbinin baş məşqçisidir. Fərid Kazakov Azərbaycanı Soçi şəhərində keçirilən Ümumdünya Gənclər və Tələbələr Festivalında təmsil edib.
  
14 fevral, 19:00 – 21:00
Giriş sərbəstdir



Şəhər
Bakıda piknik edə biləcəyiniz məkanlar

Bu gözəl yerlərdə siz pulsuz piknik edə, mənzərədən və gözəllikdən həzz ala bilərsiniz

Bakıda gedə biləcəyiniz 5 maraqlı anti cafe

Çox pul xərcləmədən dostlarınızla vaxt keçirmək və ya işlə məşğul olmaq istəyirsinizsə, antikafe ən yaxşı seçimdir. Anticafe sizə qeyri-məhdud sayda içki və şirniyyat təqdim edir, ancaq siz yalnız vaxt üçün ödəyirsiniz.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!