ARTIM: Vüsal Əhmədov "Atalar 3-dən deyib" müzakirə
YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar Həqiqətlər" sərgisi çərçivəsində rəssam Vüsal Əhmədovun iştirakı ilə sosial problemlər üzrə "Atalar 3-dən deyib" adlı müzakirəyə dəvət edir.
Mühazirəçi: Vüsal Əhmədov
Tarix: 20 fevral, 19:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir
Vüsal Əhmədov tədbir zamanı iştirakçılar ilə cəmiyyətdəki feminizm, həddən artıq istehlak, cinsi azlıq, ictimai qınaq kimi bir sıra müxtəlif aktual mövzuları müzakirə edəcək. Müxtəlif fikirdə olan, fərqli mədəni və sosial düşüncələrə malik insanlar öz təcrübələrini bölüşüb bunu qrafik təsvirlər şəklində ifadə edəcəklər. Müzakirənin nəticəsi olan bu təsvirlər fərqli görünüşdə olan stikerlər şəklində ictimai məkanlarda nümayiş olunacaq.
Vüsal Əhmədovun məcazi mənalı "Atalar üçdən deyib" instalyasiyası tamaşaçı qarşısında fəlsəfi suallar qoyaraq, indiki zamanın gələcəyin ən ideal formasına vizual keçidini nümayiş etdirməyə çalışır. Rəssamın mövzuya olan subyektiv yanaşması onun materiallar seçiminə də təsirini göstərib.
Bioqrafiya
Vüsal Əhmədov (d.1996, Azərbaycan) Bakıda fəaliyyət göstərən rəssamdır. O, Bakı şəhərində tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri üzrə ixtisaslaşıb. Rəssam öz işlərində dəyərlər mövzusu, gündəlik həyatda gözdən qaçan nüanslar və dövrün sosial problemləri mövzularını araşdırır.
ARTIM ROOMS layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil "otaqlar layihəsini" təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.
Sərginin tarixləri: 31 yanvar – 24 fevral
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Ətraflı məlumat: www.yarat.az; (012) 505 1414