ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam 
Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

Tarix: 2 aprel, 19:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, 
Böyük Qala küç., 30,001 A
Giriş sərbəstdir

Tədbir zamanı internetin gənc nəslə, eləcə də təsviri incəsənətə necə təsir etdiyinə dair müzakirə aparılacaq. Həmçinin qonaqlar, rəssamın son əsərləri və sənətçiləri ilhamlandıran yeni medialar haqqında araşdırmaları ilə daha yaxın tanış olacaqlar.

Bioqrafiya
Qərb Universitetinin Kompüter Texnologiyaları və Dizayn fakültəsini bitirmiş Şəlalə Salamzadə, rəqəmsal dövrün fərdi psixologiyasını, kompüter texnologiyasını və sosial problemlərini araşdırır. Onun gender məsələlərinə yönəlmiş və rəssamın sosial fikirlərini əks etdirən "Feniks" instalyasiyası YAY Qalereyasında "Üfun, var zənn etdiyin yoxdur aləmdə, Üfun, hər nə yoxsa, vardır dünyada..." adlı qrup sərgisində nümayiş etdirilmişdir.

Sərginin müddəti: 7 mart – 5 aprel 
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00 
Əlavə məlumat üçün: www.yarat.az; 0125051414
 



Şəhər
YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

ARTIM: Vüsal Əhmədov "Atalar 3-dən deyib" müzakirə

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar Həqiqətlər" sərgisi çərçivəsində rəssam Vüsal Əhmədovun iştirakı ilə sosial problemlər üzrə "Atalar 3-dən deyib" adlı müzakirəyə dəvət edir.

Bütün məqalələr
Baki Jazz Festi̇valin on beş i̇lli̇k i̇ldönümü üçgünlük televi̇zi̇ya şousu i̇lə qeyd edi̇ləcək

Kendi Dalfer, Şahin Növrəsli, İsfar Sarabski və onların jazz dostları bu il Bakı jazz festivalı 2020-ni AzTv məkanından təqdim edəcəklər.

Christmas Brunch at Hyatt Regency Baku

Milad Bayramını bizimlə qeyd edin. Xüsusi bufet, canlı müsiqi və uşaqlar üçün Santadan hədiyyələr sizi gözləyir!

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.