Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

  • 11.05.2019
  • 1382
  • Mədəniyyət

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək.

Bu simpozium ölkəmizdə keramika sahəsi üzrə ilk beynəlxalq və irimiqyaslı tədbirdir. Tədbir Azərbaycan və Cənubi Qafqaz regionunda fəaliyyəti və unikallığı ilə seçilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutacaq.


Simpoziumda 15 xarici ölkədən 26 sənətkar müəyyən edilib. İki həftə ərzində iştirakçılar Keramika və Tətbiqi Sənət Mərkəzində müxtəlif heykəltəraşlıq kompozisiyaları yaradacaq. Simpoziumun sonunda sənətkarlar tərəfindən hazırlanmış kompozisiyalardan ibarət açıq səma altında muzey yaradılacaq.
Daha ətraflı məlumatı tədbirin rəsmi veb-saytından (www.ceramicsymposium.org) əldə edə bilərsiniz.



Mədəniyyət
YARAT Freestyle / "Səmavi" tamaşası

Sentyabrın 27-i, YARAT Freestyle proqramı çərçivəsində, rejissor və xoreoqraf Raulə Rzayevanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsi olan "Səmavi" tamaşasını təqdim edəcəyik.

Rəssamın gözü ilə: Böyükağa Mirzəzadə

Sizi, "Rəssamın gözü ilə" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunmuş görüşə dəvət edirik.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi Bakı şəhərində Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşir.

Yay düşərgəsi: İşıq qrafikası üzrə ustad dərslər

Şəhərin yaradıcı gənclərini işıq qrafikası üzrə ustad dərslərinə dəvət edirik.

Bütün məqalələr
“Açıq qapı” günü

Muzey– mədəniyyətin ən gözəl və ən ali dəyərlərinin cəmləndiyi, bəşəriyyətin nail olduğu uğurların nümayiş edildiyi məkandır.

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".