Avropa Azərbaycan Məktəbi "Medeya" faciəsini səhnəyə qoyub

  • 14.05.2022
  • 1321
  • Mədəniyyət

12 May tarixində Avropa Azərbaycan Məktəbinin səhnəsində Evripidin yazdığı antik yunan faciəsi “Medeya” oynanılıb. Tamaşa 9-cu sinif şagirdləri tərəfindən ingiliscə ifa edilib. Əsas rollarda Amina Hacıyev (Medeya), İlkin Bayramov (Yason), Ramiz Əhmədzadə (Kreont), Fuad Tağıyev (Egey), Fainə Cəfərova, Nuray Həsənova, Nərgiz Quliyeva (dayələr), Bəxtiyar Sadıqov (tyutor), Ayan Əliyeva (carçı), Əminə İsmayılova və Riyad İsmayılov (xor rəhbərləri), Ellada Cəfərzadə və Nərgiz Əliyeva (uşaqlar) olub. Kütləvi səhnələrdə digər şagirdlər xoru təşkil ediblər. 

Rejissor, məktəbin dram müəlliməsi Sara Karimli tərəfindən hazırlanan tamaşada yalnız dəvətli qonaqlar və valideynlər tamaşaçı qismində iştirak edə bilib.

Tamaşadan sonra məktəbin direktoru Françesko Bankini bu teatral proyektin şagirdlərin özünü səhnədə ifa etməsində və birlikdə əmakdaşlıq etmək üçün gözəl fürsət olduğunu qeyd edib. Ardınca direktor bütün şagirdləri və rejissor-müəlliməni təbrik edərək zəhmətlərini qeyd edib.

Qeyd edək ki, Medeya məktəbin səhnəsində oynanılan ikinci yunan faciəsidir. Keçən il eyni rejissor-müəllimə tərəfindən Sofoklun “Antiqona” faciəsi 10-cu sinif şagirdləri tərəfindən ifa edilmişdi.



Mədəniyyət
Artxronika: Leonid Bajanov, 60-80-ci illərdə bədii proseslər

60-80-ci illərdə SSRİ-də bədii proseslər: Sərgi haqqında söhbət” – Rusiya sənətşünası, incəsənət tarixçisi, kurator, XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərinin müasir incəsənəti üzrə mütəxəssis Leonid Bajanovun təqdimatında.

ANİMAFİLM Birinci Beynəlxalq Bakı Animasiya festivalı

Salam! ANİMAFİLM Birinci Beynəlxalq Bakı Animasiya festivalına maraq göstərib baş çəkdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Festival üç gün – oktyabrın 19-dan 21-dək müddətində şəhərin müxtəlif məkanlarında keçiriləcək. Festivalın əksər tədbirlərinə giriş sərbəstdir. Festivalın ətraflı proqramı oktyabrın 10-da festivalın rəsmi saytı www.animafilm.az -da dərc olunacaq.

YARAT Teatr Klubu: "Telefon" tamaşası

26 oktyabr tarixində YARAT Teatr Klubu çərçivəsində "Telefon" tamaşası təqdim olunacaq.

YARAT Freestyle / "Səmavi" tamaşası

Sentyabrın 27-i, YARAT Freestyle proqramı çərçivəsində, rejissor və xoreoqraf Raulə Rzayevanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsi olan "Səmavi" tamaşasını təqdim edəcəyik.