Remi Jenyenin ifasında klassik musiqi və qaynar tanqo. Bakı beynəlxalq piano festivalın ilk günü

  • 22.05.2022
  • 6409

  • Musiqi

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın açılışından əvvəl Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Fransanın Azərbaycandakı səfiri Zakari Qross və festivalın direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli festivalın qonaqları qarşısında çıxış ediblər. Bakıda beynəlxalq piano festivalının keçirilməsinin və bu sahədə uğurlu beynəlxalq əməkdaşlığın vacibliyi qeyd edilib.

Festival Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Remi Jenye və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında klassik musiqi konserti ilə açılıb. Remi Jenye dünyada öz nəslinin ən maraqlı və axtarılan musiqiçilərindən biridir və Bethoven Beynəlxalq Piano Müsabiqəsinin tarixində ən gənc qalibdir. Bakıda o ilk dəfə səhnəyə çıxdı və Lüdviq van Bethovenin fortepiano və orkestr üçün “İmperator” adlı Beşinci Konserti tamaşaçıların qulaqbatırıcı alqışları ilə başa çatdı.

Gecə “Orange Groove”da beynəlxalq Zinnetango kvartetinin konserti ilə davam edib. Alovlandırıcı tanqo tamaşaçıları biganə qoymayıb. Gecədə diqqət çəkən məqam Azərbaycan rəqs duetləri İlham Osmanov və Alfiyə Sultanova, Kamran Babayev və Nərgiz Osmanova, Aleksey Anpilov və Lenay Seidalizadənin alovlu çıxışı olub.

Festival mayın 27-dək davam edəcək.



Musiqi
Bakıda Top 8 ən populyar Karaoke məkanları

Bu Karaoke məkanlarında musiqisevərlər mahnı oxuyaraq və əylənərək unudulmaz vaxt keçirə bilərlər.

Bakıda Jazz dinləyə biləcəyiniz ən yaxşı məkanlar

İstər Jazz həvəskarı olun, istərsə də sadəcə əyləncəli bir axşam keçirmək istəyirsinizsə, bu unikal yerlərə üz tuta bilərsiniz

Azərbaycanda repin tarixi

Azərbaycan rep musiqisinin (adətən Azrep adlanır) tarixi 20-ci əsrə, 1983-cü ildə Çingiz Mustafayevin “Dünənki keçdi” rep mahnısını ilk dəfə Azərbaycan dilində ifa etdiyi vaxta təsadüf edir. Bu mahnı Azərbaycanda ilk rep mahnısı kimi tarixə düşdü.

Bütün məqalələr
Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.

2024 Formula 1 Grandprisinə canlı baxmaq üçün ən yaxşı yerlər!

Formula 1 adrenalini hiss etmək və möhtəşəm musiqidən həzz almaq istəyirsiniz? Sentyabrda Bakıya gəlin! Sizi şəhər halqasında maraqlı yarışlar və J Balvinin unudulmaz konserti gözləyir.