Bakıda Unikal Muzeylər

  • 18.05.2023
  • 11697

  • Mədəniyyət

Muzeylər ailə və dostlarla birlikdə ziyarət etmək üçün ən maraqlı yerlərdən biri hesab olunur. Bir çox muzeylər hər yaşda olan ziyarətçiləri cəlb etmək və əyləndirmək üçün nəzərdə tutulmuş interaktiv eksponatlar, tədbirlər və proqramlar təklif edir. Aşağıdakı siyahıda Bakının Unikal Muzeyləri ilə tanış ola bilərsiniz.

Neon Sənət Muzeyi

Neon Art ultrabənövşəyi şüalar altında neonun əks olunmasına əsaslanan rəsmdir. Fərid Ələkbərov Azərbaycanın ən mühüm müasir rəssamlarından biridir və dünyada ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir. Muzey Bakının Novxanı kəndində yerləşir və bu, təsadüfi deyil. Belə ki, Fərid Ələkbərov uşaq yaşlarından dənizə aşiq olub və o, hesab edir ki, təmiz dəniz havası insana sərbəst nəfəs almağa imkan verən tamam fərqli hisslər yaşadır.

Bundan əlavə, qaranlıqda heyrətamiz bir parıltı effekti yaratmaq üçün muzeydə normal və flüoresan rənglərin birləşməsindən istifadə olunub.

Əgər siz bu muzeyin özəlliklərini canlı görmək istəyirsinizsə, onda tripsome.az saytından Neon Sənət Muzeyinə bilet əldə edə bilərsiniz:
https://tripsome.az/az/activities/96745db/neon-seneti-muzeyi

Giriş: 6/8 AZN
Ünvan: Novxanı kəndi

Miniatür Kitab Muzeyi

Miniatür Kitab Muzeyi dünyada ilk özəl miniatür kitab muzeyidir. Muzey Azərbaycanın paytaxtı Bakı şəhərində 2002-ci il aprelin 23-dən fəaliyyət göstərir.

Zərifə Salahova 36 il ərzində dünyanın 80 ölkəsində çap olunmuş 8700-dən çox miniatür kitab toplayıb. Kolleksiyadakı ən kiçik kitablar Yaponiyada çap olunmuş "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlı 3 mikrokitabdır. Muzeyin ən qədim kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr edilmiş Qurani-Kərimdir. Bu gün muzeydə ölçüsü 75x75 mm-ə qədər olan 3370 miniatür kitab nümayiş etdirilir.

100 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdı! Bu kitabları canlı izləmək üçün Miniatür Kitab Muzeyinə gələ bilərsiniz.

Giriş: Pulsuz
Ünvan: İçərişəhər, 1-ci Qəsr döngəsi, 67

Saat Muzeyi

Saat Muzeyi insanlara minlərlə bir-birindən fərqli saatları bir yerdə görmək imkanı yaradır. 3000-dən çox saatın toplandığı muzey bənzərsiz təəssürat bağışlayır. Saat Muzeyini ziyarət etsəniz, burada 1800-cü illərdən qalma və özündə tarixi xüsusiyyətlər daşıyan saatlar, 150-200 yaşlı, mexanizmlə, batareya ilə çalışan, qum saatları, şüşəli saatlar və divar saatları görə bilərsiniz. Saat Muzeyi həm də Azərbaycanın ən kiçik və ən böyük saatlarından bəziləri ilə tanış olmaq istəyənlər üçündür.

Qeyd edək ki, Saat Muzeyinin ziyarətinə 3000-dən çox saat növü ilə məlumatlandırıcı ekskursiya, müxtəlif növ saatların iş prinsipi ilə tanışlıq və təsisçi ilə çay söhbəti daxildir. Burada öz kameranızla şəkil çəkmək imkanınız da olacaq. Üstəlik, muzey eksponatları, vaxtın dəyəri və muzeyin tarixi haqqında ətraflı məlumat təsisçi tərəfindən ziyarətçilərə verilir.

Saat Muzeyinə bilet almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://tripsome.az/az/activities/52f204b/saat-muzeyi-vaxtin-deyeri-ve-sesi

Giriş: 15 AZN
Ünvan: Maştağa kəndi

Klassik Maşın Muzeyi

Klassik Maşın Muzeyi 70-dən çox dəbdən düşməyən retro maşınların, fərqli əntiq əşyaların olduğu muzeydir. Burada XX əsrin sonlarından başlayaraq ABŞ, Almaniya, Avstriya, digər Avropa ölkələri və keçmiş SSRİ-də istehsal olunmuş nadir avtomobillər nümayiş etdirilir. Bundan əlavə, burada Hitlerin, Stalinin sevdiyi, Hüsnü Mübarəkin qarajından olan maşınlar və dünyada sadəcə bir neçə nümunəsi olan retro avtomobillər də var. Bütün bunları canlı izləmək istəyirsinizsə, onda Klassik Maşın Muzeyi Qrup Turuna qoşula bilərsiniz. Tura minumum 1 saatlıq izahlı ekskursiya və sərbəst fotoçəkiliş daxildir.

Biletləri tripsome.az saytından əldə edə bilərsiniz: https://tripsome.az/az/activities/ac29d11/klassik-masin-muzeyi-qrup-turu

Giriş: 180 AZN
Ünvan: Novxanı

İnteraktiv Elm Muzeyi

Elmin necə möcüzələr yaratdığının gözlərinizlə şahidi olmaq istəyirsinizsə, onda Azərbaycanda yeganə İnteraktiv Elm Muzeyini ziyarət edə bilərsiniz. Muzey 2 ildir ki fəaliyyət göstərir və burada şagird və tələbələr kitabda oxuduqlarını real olaraq təcrübədə görə bilir. Muzeydə 100-ə yaxın interaktiv eksponat (Maddənin spektor şüalanması, səs dalğaları, elektro-maqnetizmdən Tesla bobininə gedən yol və s.) var.

Əgər İnteraktiv Elm Muzeyini ziyarət etmək istəyirsinizsə, onda aşağıdakı linkə daxil olaraq muzeyə bilet əldə edə bilərsiniz:
https://tripsome.az/az/activities/80fd847/interaktiv-elm-muzeyinde-masterklass

İnteraktiv Elm Muzeyinin ziyarətinə muzey eksponatlarının elmi işləmə əsasları haqqında dərin biliklərə sahib olan bələdçi daxildir. Bundan əlavə, muzeydə öz kameranızla şəkillər çəkə bilərsiniz. Muzeydə sessiyalar 90 dəqiqə davam edir.

Kitablardakı elmi şeylər uşaqlara çox vaxt qəliz gəlir. Lakin İnteraktiv Elm Muzeyindəki izahlardan sonra onlara bunlar çox sadə gələ bilər.

Giriş: 15 AZN

Ünvan: Tbilisi Prospekti



Mədəniyyət
5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Avropa Azərbaycan Məktəbi "Medeya" faciəsini səhnəyə qoyub

12 May tarixində Avropa Azərbaycan Məktəbinin səhnəsində Evripidin yazdığı antik yunan faciəsi “Medeya” oynanılıb. Tamaşa 9-cu sinif şagirdləri tərəfindən ingiliscə ifa edilib. Əsas rollarda Amina Hacıyev (Medeya), İlkin Bayramov (Yason), Ramiz Əhmədzadə (Kreont), Fuad Tağıyev (Egey), Fainə Cəfərova, Nuray Həsənova, Nərgiz Quliyeva (dayələr), Bəxtiyar Sadıqov (tyutor), Ayan Əliyeva (carçı), Əminə İsmayılova və Riyad İsmayılov (xor rəhbərləri), Ellada Cəfərzadə və Nərgiz Əliyeva (uşaqlar) olub. Kütləvi səhnələrdə digər şagirdlər xoru təşkil ediblər. 

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!