Kiber Oyun Arenaları

  • 22.05.2023
  • 15239

  • İdman

Virtual aləmin bir hissəsi olmaq insanlara tamam fərqli hisslər yaşadır və bunun nəticəsidir ki, dünyada, o cümlədən Azərbaycanda kifayət qədər video oyun həvəskarları var. Özünü əsl geymer kimi hiss etmək istəyənlər üçün Bakıda və Sumqayıtda müxtəlif Kiber oyun arenaları mövcuddur. Oyunçular üçün ən yaxşı və maraqlı oyunları bir yerə toplayan oyun arenalarında hər zaman əyləncə var!

İnsanlar tez-tez asudə vaxtlarını dostları ilə keçirmək üçün bu yerlərə gedirlər, lakin turnirlərdə iştirak edə və maraqlı hədiyyələr qazana biləcəyiniz Kiber oyun arenaları da var. Ən populyar TOP oyunları oynayın, əylənin və hədiyyələr qazanın.

Player Cyber Bar

İnsanlar oynamaq, həmfikir insanlarla söhbət etmək və komandalarına yeni üzvlər tapmaq üçün Player Cyber Bar-a gəlirlər. Bundan əlavə, çoxumuzun arzusu şəxsi avtomobilə sahib olmaqdır. Amma virtual maşın sürməyin həyəcanı tamam başqadır. Əgər dostlarınız da avtomobil sürməyə həvəslidirsə, o zaman siz Player Cyber ​​​​Bar-a gələrək dostlarınızla virtual olaraq bu həyəcanı yaşaya bilərsiniz.

Bu məkan həm də fərqli konsept və unikal interyeri ilə fərqlənir. Burada geymerlərin istədikləri şeylər bir məkanda toplanıb. 48 komputer, 4 maşın yarış konsolu, 6 VIP kabinet, 9 PlayStation, mətbəx, bar - Player Cyber Bar-da əyləncəli vaxt keçirmək üçün hər cür şərait yaradılmışdır.

İş saatları: 12:00-06:00
Əlaqə nömrəsi: 050 999 95 96
Ünvan: Həsən Əliyev 176

Bizon E-Sports Arena

Bakıda geymerlərin ən çox getdiyi yerlərdən biri Bizon E-Sports Arenadır. Çünki burada əyləncədən əlavə, yarışmalarda iştirak edib maraqlı hədiyyələr qazanmaq olur. Arenada möhtəşəm Deathmatch-lar və mini turnirlər keçirilir, bu da geymerlərin bura mütəmadi olaraq gəlməsinə səbəb olur. Deadmatch-larda və tunirlərdə iştirak etmək üçün öncədən təyin olunmuş tarix və saatda Bizon E-Sports Arenasında kompyuterin arxasında olmaq kifayətdir. Lakin nəzərə alın ki, burada keçirilən turnirlərə və deadmatch-lara maraq o qədər böyükdür ki, yerlər məhduddur, buna görə də iştirak etmək istəyənlərə hamıdan öncə arenada olmaq tövsiyə olunur.

Burada günlər çox əyləncəli, həm də həyəcan dolu keçir. Siz də arenaya gəlib komandalar arasında baş tutan adrenalin dolu turnirlərin sonunda qalib gələ və növbəti yarışlar üçün digər oyunçulara çətin rəqib ola bilərsiniz.

İş saatları: 10:00-23:15
Əlaqə nömrəsi: 0774227742
Ünvan: Bül-bül prospekti 20, Nizami Kino Mərkəzi, 5-ci mərtəbə

Esports Arena

Şəhərin mərkəzində yerləşən Esports Arena, rahatlıq, əyləncə və zövqü özündə əks etdirən məkandır. Nə qədər kiber oyun həvəskarı olsanız da və bu oyunları mütəmadi olaraq oynasanız da, yəqin ki, hələ oynamadığınız və ilk dəfə sınamaq istədiyiniz bir çox oyun janrları var. Bunun üçün rahat bir mühit çox vacibdir və Esports Arena-da sizə lazım olan şəraiti tapacaqsınız.

Dünyada ən populyar idman növlərindən olan futbol Azərbaycanda da kiyafət qədər sevilir və oyun mərkəzlərində futbol video oyunları ən çox oynalınan oyunlardan biridir. Əgər siz də futbol azarkeşisinizsə, 2023-cü ilin əvvəlindən oyun mərkəzlərinə gedəndə yəqin ki, orada “FIFA 2023” video oyununun olub-olmadığını soruşmusunuz. Onda bilin ki, Esports Arena-nın oyunlarının siyahısına “FIFA 2023” də daxildir. Bundan əlavə, UFC həvəskarları üçün "UFC 4" oyunu, atıcı video oyunları həvəskarları üçün "Call of Duty Vanguard", qorxulu oyunları oynamaq üçün kompyuterin qarşısına qorxmadan keçənlər üçün "The Last of Us" və digər maraqlı video oyunlar Esports Arena-da mövcuddur.

İş saatları: 10:00-00:00
Əlaqə nömrəsi: 0103100199
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil 10 (İçərişəhər m/s yaxınlığı)

Playmania

Peşəkar avtomobil simulyatorları, yeni yarış avadanlığlar, ən son oyunlar - hamısı Playmania-da. Burada şəxsi serverinizi yaratdıqdan sonra avtomobilinizi oyuna əlavə edə bilərsiniz ki, bu da əlavə oyun zamanı sizə əlavə maraq və həyəcan verəcək. Ekranda gördüyünüz aləmə 100% qərq olmaq istəyənlər üçün burada lazım olan şərait var. Odur ki, TOP oyunları oynayaraq həyəcan və emosiyalarla dolu gün keçirmək üçün məkan axtarırsınızsa, Playmania elə sizin axtardığınız yerdir.

Burada oynaya biləcəyiniz oyunların siyahısına "Assetto Corsa", "Dirt Rally 2.0", "F1 22", "Forza Horizon 5" kimi məşhur avtomobil yarış oyunları daxildir. Yarış dünyasına qərq olmaq üçün Playmania oyun mərkəzinə gəlməyiniz kifayətdir.

İş saatları: 10:00-03:00
Əlaqə nömrəsi: 050 210 35 04
Ünvan: Qoqol küçəsi 4a. Malakan bağı ,Vapıano ilə üzbəüz

Level Up Oyun Mərkəzi

Sumqayıt şəhərində yerləşən Level Up Oyun Mərkəzi səhərdən gecəyə kimi oyun həvəskarlarının üzünə açıqdır. Burada yüksək parametrli kompüterlər quraşdırılıb, bu da oyun həvəskarlarına istədikləri onlayn/oflayn oyunları yüksək qrafikada oynamaq imkanı yaradır.

Ofis pəncərəsindən gündəlik olaraq gördüyünüz mənzərə sizə sıxıcı gəlir və gün ərzində bir anlıq fərqli dünyaya qərq olmaq istəyirsiniz? Onda bilin ki, Level Up Game Center-də olan macəra oyunlarını oynayaraq bir neçə saatlıq da olsa özünüzü macəra dolu dünyada hiss edəcəksiniz. Burada "Read Dead II" və “God of War” kimi dünyaca sevilən macəra oyunlarını oynamaq imkanınız var. Bundan əlavə, Level Up oyun mərkəzində dostlarınız ilə birlikdə oynaya biləcəyiniz video oyun Warface, insanların illərdir sevərək oynadığı "World of Tanks", son illərin ən məşhur oyunlarından olan "PUBG Mobile", "Call of Duty" və s. məşhur oyunlar var.

İş saatları: 08:00-04:00
Əlaqə nömrəsi: 055 306 13 00
Ünvan : Sumqayıt şəhəri, 2 mkr

Cyber Arena

Cyber Arena rəqabətli oyun ruhunu tam yaşamaq istəyənlər üçün ən ideal məkanlardan biridir. Burada "Dota 2", "Apex Legends" və "PUBG" kimi döyüş oyunları, “Valorant” və digər maraqlı oyunlar oynaya bilərsiniz. Cyber Arenada günün saatından asılı olaraq tariflər dəyişir. Məsələn, 00:00-dan 09:00-a qədər qiymətlər digər vaxtlara nisbətən daha aşağıdır.

Cyber Arenaya gəlməzdən əvvəl yerləri öncədən rezerv etməyiniz məsləhətdir. Gəlin və kiberidman atmosferini Cyber Arenada yaşayın.

İş saatları: 24/7
Ünvan: 6 Üzeyir Hacıbəyov
Əlaqə nömrəsi: 070 602 77 77



İdman
Bakıda 7 peşəkar atıcılıq fəaliyyətləri

Özünüzü atıcı kimi sınamaq istərdinizmi? İndi mümkündür! Canlı duyğular və unudulmaz təəssürat uzun müddət yaddaşınızda qalacaq. Həyəcan, adrenalin və strategiyanı birləşdirən 7 oyunu diqqətinizə təqdim edirik.

Bakıda qadınlar üçün 5 ən yaxşı hovuz

Bu yerlərdə hovuz yalnız müəyyən gün və saatlarda qadınlar üçün xidmət göstərir. Üzməyə gəlin və formada qalın!

YARAT Ədəbiyyat Klubu: Reyhan Yusifqızı / Mənim nağılım

Sizi fevralın 3-ü Ədəbiyyat Klubu çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə "Mənim nağılım" adlı tədbirə dəvət edirik.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!