Bakıda stress atmaq üçün fəaliyyətlər

  • 21.08.2024
  • 980

  • Maraqlı

 

At sürmək təcrübəsi

Ata minmək unudulmaz bir təcrübədir. At sürməyin faydalarına fiziki məşq, təkmilləşdirilmiş tarazlıq və koordinasiya, zehni istirahət, heyvanlarla terapevtik ünsiyyət bacarıqlarının inkişafı daxildir. Daimi at çapan insanlar fiziki sağlam, zehni açıq və gözlənilməz hadisələrə qarşı daha tolerant olurlar. Və bu, təkcə stress atmağa kömək etmir, hətta sizi gündəlik stressdən qoruya bilər. Çətin işdən sonra at sürmək məsləhətdir, çünki bu, həm də yorğunluğu aradan qaldırır. Bakının Nərimanov və Mərdəkan rayonlarında at sürmək olar. Bundan əlavə Xocəsən kəndində hər həftə 1,5 saatlıq at sürmək turları keçirilir. Hər turun sonunda iştirakçılara samovar çayı verilir ki, bu da iştirakçılar üçün turu unudulmaz edir. Bakıda at sürmək üçün məkanlar haqqında daha ətraflı məlumatı tripsome.az saytından əldə edə bilərsiniz.

Bilet al : trps.me/cl-surmek

Kvest oyunları 

Kvest oyunları dostlarla asüdə vaxtınızı gözəl keçirə biləcəyiniz və maariflənə biləcəyiniz oyunlardır. Kvest oyunlarının əsas hissəsini məntiq təşkil edir. Açıq havada və qapalı məkanda oynanılan kvest oyunları mövcuddur. Açıq havada oynanılan oyunlara şəhər kəşfiyyatı kvest oyunları daxildir. Dostlarınızla şəhəri gəzməklə yanaşı, bu oyunlar zamanı şəhəri də kəşf edəcəksiniz. Gündəlik ofis işinizin stresindən azad olmaq istəyirsinizsə, dostlarınızla şəhər kəşfiyyatı oyunlarını oynaya və stresinizi ata bilərsiniz. Bu oyunlar haqqında daha ətraflı məlumatı cityquest.az saytından əldə etmək mümkündür.

Bilet al : trps.me/cl-kvest

Keramika master-klassı

Keramika sənətinin tarixi təxminən 20000 il əvvələ qədər uzanır. Hətta dünyaca məşhur rəssam Pablo Pikasso da bu sənətə vurularaq öz emalatxanasında 3000-dən çox saxsıqab və heykəl düzəldib. Keramika təkcə sənət növü deyil, həm də terapiya və meditasiya forması sayıla bilər. Bir çox insanlar gillə işləməyin və saxsı qabların hazırlanmasının onlara rahatlamağa və stressdən qurtulmağa kömək etdiyini iddia edir. Keramika masterklassı zamanı arzuladığınız və heç yerdə tapa bilmədiyiniz məhsulu hazırlayıb sonra özünüzlə aparıb istifadə edə bilərsiniz. Hər dəfə həmin əşyaya evdə baxanda emalatxanada olan gözəl xatirələr gözlərinizin önündə canlanacaq ki, bu da gələcəkdə də sizə stressdən azad olmağa kömək edəcək. Bakıda bu sənətlə məşğul ola biləcəyiniz çox gözəl və estetik yerlər var. tripsome.az saytına daxil olub bu yerlərlə yaxından tanış ola bilərsiniz.

Bilet al : trps.me/cl-keramika

Airsoft oyunları

Airsoft yumşaq pnevmatika ilə çalışan real silahların tam ölçülü surətlərilə və komanda şəklində oynanan hərbi taktiki oyundur. Airsoft oyunu hərbi taktiki oyun simulyasiyasıdır. Siz real müharibə mövqelərini xatırladan bir ərazidə döyüşürsünüz, silahlarınız real silahlara bənzəyir və güllələr dəydikdə iz qoymur. Bu da o deməkdir ki, rəqibləriniz güllələndikdən sonra özləri qəbul edərək oyunu tərk edirlər.

Bilet al : trps.me/cl-airsoft 

Ebru sənəti

Ebru sənətinin 9-cu əslərdə Buxara şəhərindən başla Ebru su üzərində naxışdır. Boyalar fırça ilə qatılaşdırılmış su məhlulunun üzərinə səpilir. Sənətkar fərqli ölçülü bizlər vasitəsilə həmin boyaları müxtəlif formalara salır və sonda rəngarəng rəsm əsəri yaradır. Ebruda istifadə edilən boyalar təbii olduğu üçün solmur və ya rəngini dəyişmir.

Bundan əlavə, Ebru yaradıcılıq və meditasiya elementlərini birləşdirən unikal texnikadır. Psixikaya sakitləşdirici təsir göstərir, depressiv düşüncələrdən qaçmağa və daxili aləminizə qərq olmağa imkan verir. Rəsmin bu xüsusiyyəti bu gün psixoloqlar və psixoterapevtlər tərəfindən istifadə olunur. Bir çox insanlar üçün bu qədim sənət təkcə hobbi deyil, həm də stressi aradan qaldırmaq üçün sadə, gözəl bir üsuldur.

Bakıda Sahil metrosunun yaxınlığında yerləşən məkanda Ebru sənəti ilə məşğul ola bilərsiniz. Tripsome.az-da bu xidmətə xüsusi 50% endirim var, yararlanmağa tələsin!

Bilet al : trps.me/cl-ebru

_____
Müəllif : Samira Hasanova



Maraqlı
SkyCinema

Bakıda ən qeyri-adi “AutoCinema”nın ikinci filialı açılır

Dance Planet Mega Party Giveaway

Dance Planet Mega Party Giveaway-ə qatıl və möhtəşəm partinin iştirakçılarından biri ol! Müsabiqənin sonunda izləyicilərimizə ümumilikdə 10 bilet hədiyyə olunacaq.

"BiznesdəSən 2023" forumu

İdeyanız var, amma həyata keçirə bilmirsiniz? Biznes qurmaqda maraqlısınız, amma haradan başlayacağınızı bilmirsiniz? O zaman bu forum sizin üçündür!

2023-cü ildə balıq tutmaq üçün ən yaxşı yerlər

Bakı balıqçılıq həvəskarları üçün gözəl yerdir. Şəhər təbiətdə yaxşı vaxt keçirmək və balıq tutmaqdan həzz almaq üçün bir çox imkanlar təklif edir.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!