Drama, Sürət və Sürprizlər: Niyə Bakının 2024 Formula 1 Yarışı Unudulmaz Olacaq?
Bakı trekinin “maraqlı” tarixi
Bakını bu qədər həyəcanverici edən nədir? Əvvəla, trek özü bir xarakterdir—hərəkətli, qeyri-müəyyən bir qüvvə ki, ən təcrübəli sürücüləri belə daim gərgin saxlayır. Bakı Şəhər Halqası, dar və ensiz döngələrlə uzun, düz yolların qarışığı ilə məşhurdur. Bu, sürətin strategiya ilə qarşılaşdığı və uğurla məğlubiyyətin bir-birinə çox yaxın olduğu bir məkandır.
Bir neçə il əvvəl o günahsız qağayının trekdə digər pilotlarla birgə “yarışmağı”nı xatırlayırsınızmı? Yaxud həmin çempionun təkərində yaranan nasazlıq səbəbindən yarışın ortasında qəfildən yarışı bitirmək qərarına gəldiyi vaxtı xatırlayırsınız? Bakı, mümkün olmayanın gerçək olduğu yerdir. Əgər keçmiş yarışlara baxsaq, 2024-cü ilin də xaos baxımdan çox fərqlənməyəcəyini görə bilərik.
Sürətli maşınlar, İti proqnozlar: 2024-də nə gözləmək olar?
2024 Bakı Qran Prisinə həftələr qala, bütün diqqətlər Formula 1-in üç nəhənginə yönəlib: Mercedes, Red Bull və Ferrari. Nəzərə alsaq ki, “Qələbəyə gedən yolda hər şey mübahdır”, gəlin sözügedən “nəhəng”lərin 2024 proqnozlarına nəzər salaq:
- Mercedes üçün qərar anı: Mercedes uzun illərdir Formula 1-də güc mərkəzi olub, lakin 2024-cü il onlar üçün heç də asan keçməyib. Komanda daxilində gərginliyin artdığı bildirilir, xüsusilə də Lyuis Hamiltonun gələcəkdə Ferrariyə keçəcəyini açıqladıqdan sonra. Mercedes indi yeddiqat çempionsuz mövcud heyətinə diqqət yetirməli olacaq. Mercedes bu çətinliklərin öhdəsindən gələ biləcəkmi, yoxsa Bakı onların zəif tərəflərini ən dramatik şəkildə üzə çıxaracaq?
- Red Bull’un Gizli Silahı: Red Bull komandasında həyəcanla dolu bir atmosfer var. Maks Verstappeni daha da gücləndirə biləcək gizli bir aerodinamik yenilikdən danışılır. Bu yenilik, Bakının yüksək sürətli düz yolları və dar döngələri üçün xüsusi hazırlanmış yeni bir ön qanad dizaynı və ya qabaqcıl arxa qanadı əhatə edə bilər. Amma Formula 1-in yüksək riskli dünyasında bu öz bəhrəsini verə biləcək, yoxsa böyük bir uğursuzluğa səbəb olaraq yarışı tamamilə alt-üst edəcək? Padokda spekulyasiyalar çoxaldıqca, yarış başladıqda gözlərin Red Bull-da olacağını indidən söyləmək çətin deyil, həmişəki kimi.
- Ferrari və Hamilton: Ferrari hələ də izlənməli komanda olaraq qalır və bu il diqqətlər Charles Leclerc üzərində cəmlənib, çünki o, Bakıda daha aqressiv bir strategiya tətbiq etməyi planlaşdırır. Leclerc öz izini qoymağa qərarlıdır və Carlos Seinz-ın da yarışa qatılması ilə, Ferrari’nin daxili dinamikası ya parlaq bir qələbəyə, ya da trekdə dramatik hadisələrə səbəb ola bilər. Hamiltonun 2025-ci ildə komandaya qoşulması gözlənildiyi üçün, Ferrari bu il Bakıda seçdiyi strategiya ilə unudulmaz bir yarışa imza ata bilər.
Formula 1 həyəcanı: Azərkeşlər nə deyir?
2024 Bakı Qran Prisi ilə bağlı azərkeşlər də səssiz qalmayıb, düzünü desək, bu kommentləri oxumaq rəsmi xəbərləri oxumaqdan daha maraqlıdır. Hamiltonun Ferrariyə keçidi və Red Bull-un ehtimal olunan yenilikləri əsas müzakirə mövzularından olsa də, azərkeşlər Aston Martin və McLaren kimi potensial sürpriz komandaları da yaxından izləyirlər.
Fernando Alonso’nun Aston Martin-də ehtiyatlı yanaşması, onun gözlənilməz bir podium finisihi edəcəyi barədə çoxlarını düşündürür. McLaren’i Lando Norrisi-i isə, son yeniliklərin onları Bakıda ciddi rəqibə çevirəcəyi ümidləri ilə böyük həyəcan yaradır.
Bütün bunlar arasında cəmiyyət fikir ayrılığı yaşayır—Ferrari’nin yeni dinamik duosu qələbə qazanacaq, yoxsa Red Bull’un riski öz bəhrəsini verəcək? Mercedes isə Hamiltonsuz ilk mövsümündə necə çıxış edəcək?
Hansı komandaya azərkeşlik etməyinizdən asılı olmayaraq Bakıya olan gözləntilər hər kəsi həyəcanlandırır. Bir şey dəqiqdir: bu yarış, digər yarışlardan fərqli, unudulmaz bir qarşılaşma olacaq.
Gözünüzü qəti qırpmayın: 2024 Bakı Qran Prisini qaçırmaq böyük səhv olar!
Əgər 2024-cü ildə mütləq izləməli olduğunuz bir yarış varsa, bu, Bakı Qran Prisi olmalıdır. Sürət, sürprizlər və tamamilə gözlənilməz anlar—Formula 1-in ruhu məhz bunlardan ibarətdir. İstər sadiq bir azarkeş olun, istərsə də təsadüfi bir izləyici, 2024-cü il Bakı Qran Prisi hər kəs üçün maraqlı olacaq.
Odur ki, biletlərinizi alın, yerinizi rahatlayın və özünüzü həyəcan dolu bir yarışa hazırlayın. Çünki Bakının bizə öyrətdiyi bir şey varsa, o da budur: Gözlənilməz olanı gözləyin və nə edirsinizsə edin, gözünüzü qəti qırpmayın.
_____
Müəllif : Samira Hasanova