Turkish Airlines aviaşirkətinə məxsus təyyarədə, 13 km hündürlükdə qız uşağı dünyaya gəlib

Turkish Airlines aviaşirkətinə məxsus təyyarədə qız uşağı dünyaya gəlib. Hadisə Layner Boeing 737-900ER təyyarəsi Konakridən (Qvineya) İstambula uçuş həyata keçirərkən baş verib. Təyyarə ekipajı sərbəst şəkildə doğuşu qəbul edib.
Xəbər verilir ki, milliyətcə fransız olan Dyabi Nafinin uçuş başladıqdan sonra sancıları tutub. Təyyarə heyəti özünü itirməyib və bir neçə sərnişinin köməyilə doğuşu qəbul edib. Qadın uşağı ayaqüstə dünyaya gətirib. Uşaq Afirkanın üzərindən uçarkən dünyaya gəlib.
Stüardessalardan birinin dediyinə görə, Xədicənin (körpəni belə adlandırıblar) ilk ağlamaq səsini eşidəndə ekipaj üzvləri sevinc göz yaşlarını saxlaya bilməyib. Sərnişinlər və Turkish Airlines komandası sosial şəbəkələrdə bu inanılmaz hadisənin fotolarını paylaşıb.
Bundan sonra ana və körpəsinin tam tibbi yardım görməsi üçün təyyarə Burkina-Fasonun paytaxtı Uaqaduquda təcili eniş edib. Müayinədən sonra həkimlər ana və uşağın vəziyyətinin qənaətbəxş olduğunu xəbər veriblər.
- ВКонтакте
- РћРТвЂВВВВВВВВнокласснРСвЂВВВВВВВВРєРСвЂВВВВВВВВ