II Buktreyler Festivalının Qalibləri elan edilib
Beynəlxalq Muğam Mərkəzində İkinci Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Bu il festival ikinci dəfə keçirilir. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə 23 apreldə qeyd edilən Ümumdünya Kitab və Müəllif Hüququ gününə həsr edilib.
Qalib Elnur Rzayev oldu - buktreyler: "Nəfəs", Ramiz RÖVŞƏN (2006), ikinci yeri Emin Həsənxanzadə ("O 2", Müşfiq XAN 2015) və Orxan Adıgözəlov ("Sənə məktub yazıram", Aqşin Yenisey 2012) tutdu, üçüncü yerin sahiblərii Qalib Mirzəliyev ("Gecəqondu insanı", Azər Elşadoğlu 2016), Cavidan Əlizadən ("İntihar", Təranə Valid 2013) və Vəli Məmmədov ("Çevriliş", Sahilə İbrahimova 2014).