"Kardeşim Benim 2"də Fahriye Evcen sürprizi
Burak Özçivitin baş rollarını Murat Boz və Aslı Ənvərlə paylaşacağı "Kardeşim Benim 2" filminin heyətinə nişanlısı Fahriye Evcenin də daxil olmasına imkan yaratdığı iddia edilir.
Filmin çəkilişi iyul ayında başlayacaq. Burak Özçivit və Fahriye Evcen cütlüyü 29 iyunda evlənəcək. İki həftəlik bal ayından qayıtdıqdan sonra ikili izləyicilərinin qarşısında olacaq.
Xatırladaq ki, Murat Boz və Aslı Ənvərin də sevgisi "Kardeşim Benim"in birinci filmimin çəkimlərində başlamışdı.