Cavid Osmanovun "MediaMən" kitabının təqdimatı keçirilib
Dünən Bakının Art kafelərindən birində keçmiş radio və televiziya aparıcısı Cavid Osmanovun kitabının təqdimatı keçirilib.
Günümüzün sərt reallıqları ilə səsləşən, eyni zamanda yumor, istehza dolu "MediaMən" qeyri-adi romandır.
Təqdimata müəllif Cavid Osmanov hamam xalatında, dişlərində trubka, əlində şərab badəsi və iki gözəllə qatılıb. "Bu, bütün bizim həyatımız kimi, sadəcə, parodiyadır. Parlaq jurnal səhifələrində və televiziya şoularında təbliğ edilən həyatın parodiyası"- deyə "MediaMən" romanının müəllifi Cavid Soltanov qeyd edib.
Təqdimat mərasimində paytaxtın bir çox tanınmış simaları iştirak edib: rəssamlar, aktyorlar, musiqiçilər və sosial şəbəkələrdə aktiv olan insanlar. Təqdimat olduqca səmimi ab-havada keçib.