İnadkarın ram edilməsi: "Nazlı" romantik komediyası tərbiyələndirmə prosesinə həsr edilib

  • 08.05.2017
  • 11120

  • Kino

"Ganjlik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında "Nazlı" romantik komediya filminin qala-gecəsində maraqlı, səs-küylü və əyləncəli anlar yaşanib. Rejissoru Rəhman Rafiqoğlu olan filmin özü də belə anlarla doludur.

Filmin sujetində oliqarx qızı olan, ərköyün Nazlı haqqında danışılır. Qızının şıltaqlığından və daimi əhvalatlarından bezən atası, onu ilk rast gələnə ərə vermək qərarı verir. Həmin adam yüksəkmərtəbəli binaların tikintisində fəhlə işləyən, kənd oğlanı İsmayıl olur. Nazlı əlbəttə ki, bu qərardan qəzəblidir, lakin atasının qərarına qarşı çıxa bilmir, çünki əks halda atası onu var-dövlətdən məhrum edə bilər. Nazlı öz nişanlışısının kəndinə gedir. Nazlının getdiyi kənd ilk baxışdan hər kəsi gözəlliyi ilə valeh edir, amma bura Nazlı üçün cəhənnəmdir. Qayğısız şəhər həyatının əvəzinə gecə klubları, barlar, wi-fi və instagramsız keçən ağır günlər başlayır.

Назлы

Pozulmuş qızın sadə kənd həyatına adaptasiya prosesi çətin gedir və əvvəldə yerli kənd elitasında "inqilab" edərək ciddi şəkildə müqavimət göstərir. Gəlinin belə hərəkətlərinin qarşısını almaqla, ümumiyyətlə onu ram etməklə Nazlının nişanlısının xalası məşğul olur. Nazlının nişanlısı isə paytaxta gedərək bütün ram etmək prosesini öz təcrübəli qohumunun öhdəsinə buraxır.

 

Mabud Məhərrəmov - filmdə İsmayılın dayısı "Cəbi kişi" rolunda çıxış edib. Ümumiyyət filmdə Azərbaycan kinosunun klassik aktyorları yer alıb. Arif Quliyev -traktorçu əmi, Rasim Balayev -qayğıkeş oliqarx, Fuad Poladov -atanın ortağı və Nazlının gələcək qaynatası rolunu ifa edib.

Назлы

"Azərbaycansayağı inadkarın ram edilməsi" hekayəsinin müasir nağıl olduğunu rejissor özü də gizlətmir. Burada baş qəhrəman "şahzadə" adlandırılır və nağıl Azərbaycan koloritlərilə rənglənir.

Tamaşaçılara "yaxşı adam olmaq lazımdır" fikri çatdırılır. Rejissorun fikrincə hər kəs gec ya tez bu fikrə gələcək.   

İfa etdiyi ilk baş rolu Nazlı olan Xumar Səlimova oynadığı personajla heç bir ortaq nöqtəsi olmadığı, lakin çəkiliş prosessində öz qəhrəmanını sevdiyini deyir.

Rejissor Rəhman Rafiqoğlu öz növbəsində filmi "üçüncü uşağı" (rejissor iki uşaq atasıdır) adlandırır. Film tamaşaçılara "yaxşı adam olmaq lazımdır" fikrini çatdırır. Rejissorun fikrincə, hər kəs gec ya tez bu yola gələcək.

Filmi romantik və ailəvi komediya hesab etmək olar, belə ki, onu izləmək əyləncəlidir.

Filmin quruluşçu-rejissoru - Rəhman Rafiqoğlu, ssenari müəllifləri - Rəhman Rafiqoğlu və Tural Fitət, quruluşçu-operator - Əli Sultanov, bəstəkar - Səid Qəni, baş prodüserlər - Murad Məhərrəmli və Əli Cavadov.



Kino
13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Bayramdan öncəki son həftəni ailəniz və uşaqlarınızla birlikdə faydalı və əyləncəli keçirmək istəyirsinizsə, sizə Bakıda gedə biləcəyiniz 6 teatr tamaşası təklif edirik!

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!