Instagram saytın mobil versiyasından şəkil paylaşmağa icazə verib

  • 09.05.2017
  • 6328

  • Turizm

Instagram saytın mobil versiyasından şəkil paylaşmağa icazə verib.

Instagram mobil versiyasını yeniləyib. TechCrunch-ın yazdığına görə, indi onun köməyilə istifadəçilər şəkil yükləyə biləcək. Əvvəl foto paylaşmaq yalnız servisin rəsmi səhifəsində mümkün idi.
İnstagram.com saytına smartfondan və ya planşetdən daxil olduğunuz zaman qeydiyyatdan keçmiş istifadəçi qalereyadan foto yükləyə bilər və ya yeni foto şəkil çəkə bilər. Bu zaman redaktə etmək imkanı məhduddur -yalnız şəkli döndərmək və formatını (kvadrat və ya düzbucaqlı) seçmək olar.

Mobil versiyada filtr etmək, video yükləmək, şəxsi məktublaşmaq və s. mümkün deyil. Həmçinin saytın mobil versiyasında Explore (axtarış və maraqlı) bölməsi yaradılıb.



Turizm
Azertelecom şirkəti ilə Facebook korporasiyası arasında müqavilə imzalanıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb.

Apple yeni iPhone 8-in qiymətini açıqlayıb

Apple istehsalına bir neçə gün qabaq başlanılmış yeni iPhone 8-in qiymətini açıqlayıb

Microsoft Xbox One X yeni oyun lövhəsini təqdim edib

Microsoft Xbox One X yeni oyun lövhəsini təqdim edib. Satışı 2017-ci ilin noyabr ayında start götürəcək

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.