Bahar-yay 2017 mövsümünün əsas tendensiyası

Bahar-yay 2017 mövsümünün kolleksiyasına nəzər saldıqda bu nəticəyə gəlmək olar – bu il dizaynerlər gözəl xanımları öz dəb fantaziyalarının öhdəsinə buraxmağa, uyğun gəlməyən rəngləri, formaları uyğunlaşdırmağa və özünü daha inamlı hiss etməyə çağırır.

Çiyinin vurğulanması, oversize kostyumlar, futbolkalarda yazılar və lozunqlar -belə düşünmək olar ki, modelyerlər əvvəlcə güclü qadının məqsədli obrazını yaratmağa çalışmış, daha sonra bu obrazı podiumdan şəhərin küçələrinə köçürmüşlər. CITYLIFE bu mövsümün 5 əsas tendensiyasını seçərək onu Bakının populyar mağazalarında axtardı.

1.Çəhrayı dəlilik

Solğun çəhrayı, parlaq çəhrayı, ultra çəhrayı və çəhrayının bir çox başqa çalarları -bir sözlə çəhrayı çalarlar və ya son dərəcə çəhrayı dəlilik. İndi cəsarətlə bunları uyğunlaşdırmaq, hətta çəhrayı corab da geyinmək olar. Bu hələ hamısı deyil, son estetik şlaqbaum sındı – moruğu rənglə parlaq qırmızı və bənövşəyinin uyğunlaşdırılıb geyinilməsi artıq dəb cinayəti deyil, hətta mövsümün ən son trendidir.

Balenciaga

 

Fendi

Valentino

 

2.Zolaq üslub faktoru kimi

Enli, nazik, üfüqi, şaquli, rəngli zolaqlar və bütün bunlara eyni zamanda yeganə bir şərt qoyuruq – seçilmək. Digər tərəfdən super minimalist və az görünən zolaqlar. Daha doğrusu, əgər siz seçilməyi sevənsinizsə, birinci variantı seçin. Əgər əksinə “utancaq”sınızsa, azacıq zolaqlı olmaq şansınız var.

 

Fendi

 

3. Güllü süfrə sindromu

Sözün əsl mənasında “Çiçəkli” qız olmaq istyəyirsiniz? Vualya -rəngli çiçəklərin parlaq fonda printi, əsasən havalı sarafanlarda sizin zərifliyinizi vurğulayacaq. Doğrudur, özünüzü bir qədər güllü süfrə kimi hiss edə bilərsiniz, lakin məlumdur ki, risk etməyən göydən ulduz tuta bilməz. İş görüşləri üçün xırda güllü kostyumlar seçə bilərsiniz. Qara fon üzərində güllü printli donla aksesuarları uyğunlaşdıraraq ziyafət obrazı yaratmaq olar. Əhval-ruhiyyəni qaldırmaq və görünüşünüzə fərqlilik əlavə etmək üçün çiçək printli aksesuarlardan istifadə edə bilərsiniz.

 

dolce-and-gabbana

 

4. Turbo işıqfor

Özünüzü dəbli “işıqfor” rolunda görmək şansınız var. Əsasən burada sarı, mavi, qırmızı və bütün neon rənglər aktualdır. Narıncının mavi, mavinin sarı, mavinin çəhrayı, göyün  mavi və hətta qırmızının bənövşəyi ilə uyğunluğu – zövqsüz hesab edilən hər şey bu mövsüm dəbdir və əmin ola bilərsiniz ki, belə geyimlə bütün yol ayrıclarında avtomobil hərəkətini dayandıra biləcəksiniz.

 

Balenciaga

 

 

5.Büzmələr, çətirlər, lentlər, krujevalar.

Siz maksimalist tendensiyalardan ciddi şəkildə bezmisinizsə, dizaynerlər sizi də düşünərək pastel çalarların daha zərif variantlarını işləyib hazırlayıb. Onlar büzmələrdən, fənər şəkilli qollardan və çətirlərdən istifadə edərək yeni tendensiya yaradıb. Bu tendensiya balet və ya baby-doll üslublarını sevənlərin ürəyincə olacaq.

 

 

 

 

Chloé

Valentino

 

 

 

Şoppinq sizi gözləyir!

Yuxarıda sadalanan trendləri axtararaq mağazaları, molları gəzdik və özümüz üçün rəngarəng seçim təklif edən bir neçə mağaza qeyd etdik. Həmçinin bu mövsümün dəbinə, son tendensiyalara uyğun ən universal trend modellər seçdik. Heç də asan olmadı, axtarışımızı bir növ özünəməxsus şoppinq-detektiv adlandırmaq olar.

İndi isə daha ətraflı:

“Mango” mağazası “zolaqlı” minimalist üslublu geyimlərlə fərqlənir.  

 

 

 

“Zara” mağazasında bir çox parlaq modellər, həmçinin güllü printli zəngin çeşidlər var. Özünüzü şirin, balaca tutuquşu kimi hiss edə bilərsiniz.

“Stradivarius” modellərin rənginə və bəzəklərinə görə daha zərif və eyni zamanda, cəsarətli geyimlər təqdim edir.

 

 

 

 

 

 

 

 

Bershka» öz kolleksiyasında əsl ledi obrazını təbliğ edir. Burada geyimlər daha nəfis və göz oxşayandır. Qlamur üslubu seçənlər, tələsin!

Sonda isə qeyd edək ki, mollara pulqabınızı boşaltmaq və qarderobunuzu doldurmaq kimi ciddi məqsədlə gedərkən görünüşünüzə uyğun və özünüzə yaraşan rənglər seçməyə çalışın.

Sizə uğurlu şopinq arzulayırıq!

Nefert



Stil
“Paris Gallery“ endirim elan edir

Müqəddəs Ramazan bayramı münasibətilə “Paris Gallery“ 30% endirim elan edir.

Sabina mağazalarında "Super Yay"! aksiyası!

Sabina mağazalarında "Super Yay"! aksiyası! 10-30 iyun Sizi seçilmiş mallara endirim, brendlərdən hədiyyə aksiyaları, yay yenilikləri və xoş sürprizlər gözləyir.

Reebok dəbli obrazları idman ayaqqabılarının skizinə çevirib

Reebok-un rəssamı İssak Tunkel məşhurların geyimlərindən birini təmsil edən krassovka eskizi yaradıb

Farrell Uilyams Adidasla birgə idman ayaqqabıları təqdim etdi

2014-cü ildə Farrell adidasla müqavilə imzaladı. Bu müqavilə çərçivəsində Stan Smith, Superstar, həmçinin NMD brendlərinin klassik modellərini öz versiyasında təqdim etdi.

Bütün məqalələr
Bakıda buz meydançası fəaliyyətə başladı

İyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda gürcü mətbəxini dada biləcəyiniz məkanlar

Gürcü təamları ilə fərqli dadlar sınamaq istəyənlər üçün Bakıda gürcü restoranları mövcuddur. Bu restoranlarda nəinki təamlardan, həmçinin məkanların interyerindən zövq ala biləcəksiniz.

Bakıda Dietik Yeməklər verən 8 restoran

Bu pəhriz restoranları sağlam həyat tərzini sevənlər arasında yeni trendə çevrilib

Bakıda Top 8 ən populyar Karaoke məkanları

Bu Karaoke məkanlarında musiqisevərlər mahnı oxuyaraq və əylənərək unudulmaz vaxt keçirə bilərlər.