Azərbaycan 57-ci Venesiya biennalesində

13 may müasir incəsənət aləminin ən maraqlı sərgilərindən biri, beynəlxalq jurinin iştirakı ilə iki ildə bir dəfə keçirilən 57-ci Venesiya biennalesinin açılışı baş tutub. 57-ci Venesiya biennalesi layihəsinin mövzusu -«Viva arte viva».
Sərgi bu ilin 26 noyabr tarixinə qədər davam edəcək. Sərgidə 85 ölkə iştirak edir. Bu ölkələrin ekspozisiyaları Venesiyanın tarixi mərkəzində, Venesiya bağlarında və Arsenalda nümayiş etdiriləcək. Azərbaycan artıq üçüncü dəfə bu tədbirdə təmsil olunacaq. Azərbaycan pavilyonu Venesiyanın saraylarından biri Palatso Letse-də (Palazzo Lezze, Campo S.Stefano, San Marco 2949, Venice) yerləşəcək.
Qeyd edək ki, bu il Azərbaycan "Under One Sun. The Art of Living Together" şüarı ilə çıxış edəcək. Azərbaycanı HYPNOTICA Visual Performance Group və Elvin Nəbizadə təmsil edəcək. Ekspozisiyamızın şüarı təsadüfən seçilməyib və Azərbaycanda multikulturalizm ilinə həsr edilib. Эльвин Набизаде.Отметим, что в этом году Азербайджан представит экспозицию под девизом "Under One Sun. The Art of Living Together".