Bakıda Mercedes-Benz Fashion Week Payız-Qış 2017/2018 moda nümayişi keçiriləcək

25 -28 may tarixlərində Bakıda Mercedes-Benz Fashion Week Payız-Qış 2017/2018 moda nümayişi keçiriləcək. Bu dəbli defileni keçirmək hüququnu "Baku Fashion Week" agentliyi alıb.
Fashion Week - dəb sənayesində vacib hadisədir. 2000-ci ildə start götürən Mercedes-Benz Fashion Week dəb dünyasında ən məşhur tədbirlərdəndir. Mercedes-Benz Fashion Week tədbirinin ideyası müxtəlif dünya xalqlarının uzun müddətdir ki, yüksək keyfiyyətlə seçilən aparıcı alman avtomobil istehsalçısının kupe və salonları fonunda dəb tendensiyasına olan baxışlarını, mədəniyyətini geniş şəkildə təqdim etməkdir.
Mercedes-Benz Fashion Week emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya, Yaponiyada dəbli defilelər keçirilir. İndi bu prestijli siyahıda Azərbaycanın paytaxtı da öz yerini tutub. Mercedes-Benz Fashion Week Baku-nun keçirilməsi üçün şəhərimizin tarixi və müasirliyinin birləşdiyi, məşhur Mercedes-Benz dəb həftəsinin ruhuna lazımınca cavab verə biləcək Passage 1901 restoranı seçilib. Sponsor və dizayner kimi iştirak etmək, həmçinin jurnalist akkreditasiyası üçün bu ünvana müraciət edin: media@mbfwbaku.az