70-ci Kann festivalı -gözlənilən premyeralar

  • 18.05.2017
  • 5735

  • Kino

17-28 may tarixlərində 70-ci Kann festivalı keçiriləcək. Bu il juri sədri olaraq rejissor Pedro Almodovar seçilib. Açılış və bağlanış mərasimlərinin aparıcısı əvəzolunmaz Monika Beluççi olacaq. Müsabiqədə Andrey Zvyaqincev, Mixael Haneke, Sofiya Koppola, Yorqos Lantimosa, Fransua Ozon və başqa dünya rejissorlarının yeni filmləri göstəriləcək.

Artıq festivalın əsas proqramı elan edilib və maraqlı premyeralar gözlənilir. Bəzilərini təqdim edirik:

"Gənc Qodar" ("Le Redoutable»/«Redoutable"), rejissor Mişel Xazanaviçus
Filmdə 1967-ci il "Çinli qız" filminin çəkilişləri zamanı Qodar və Anna Vyazemski arasında məhəbbətdən söhbət açılır.

"Ölümcül tamah" ("The Beguiled"), rej. Sofiya Koppola
Qızlar üçün qapalı qızlar pansionu kömək axtaran cavan oğlan onun qapısına gəlib çıxana qədər xarici aləmdən gizlədilib. O andan etibarən müəmmalı saray ölümcül tamahın əsrinə çevrildi.

"Roden", rej. Jak Duayon
Təkrar olunmaz heykəltəraşın dünya incəsənətinin zirvəsinə qalxması haqqında hekayə. Film Oqusto Rodenin yaradıcılığı, saysız sevgi intriqaları və mürəkkəb münasibətləri haqqındadır.

"Müqəddəs maralın öldürülməsi" ("The Killing of a Sacred Deer"), rej. Yorqos Lantimos
Müvəffəqiyyətli cərrah yeniyetməni oğulluğa götürmək istəyir. Lakin uşağın hərəkətləri getdikcə pisləşir və həkim inanılmaz qurban vermək istəyir.

"Sevgi deyil", rej. Andrey Zvyagincev
Ərlə arvad ağır boşanma həddindədir. Jenya və Boris 12 yaşlı övladları Alyoşadan imtina etməli olsalar da ayrı-ayrılıqda yeni həyata başlamaq istəyir. Onların dəhşətli mübahisələrinin şahidi olan Alyoşa yoxa çıxır.

"Məzlum", rej. Sergey Loznitsa
Filmin sujeti Dostoyevskinin "Məzlum" povestindən götürülüb. Sələmçi gənc qızla evlənir, lakin xasiyyətləri uyğun olmadığına görə münasibətləri baş tutmur.

"Heppi end" ("Happy End"), rej. Mixael Haneke
Kaledə yaşayan sadə avropalı ailənin qaçqınlarla əlaqəli olaraq yaranan böhranın fonunda dramı.

"Möcüzə dolu dünya" ("Wonderstruck"), rej. Todd Heyns
Ben və Rouz onları əhatə edən dünya ilə barışa bilmir. Ben atasını tapmağı arzulayır, Rouzun fikirləri isə müəmmalı aktrisa ilə məşğuldur.

"İkiqat sevgili" ("Lʼamant double"), rej. Fransua Ozon
Gənc qadın Xloya öz psixoanalitiki Pola vurulur.  Bir neçə ay sonra onlar birlikdə yaşamağa başlayır, lakin Xloya sevgilisinin şəxsi həyatının bir hissəsini gizlətdiyini başa düşür.

"Yupiterin ayı" ("Jupiterʼs Moon"), rej. Kornel Mundrutso
Film qeyri-qanuni şəkildə Macarıstana girmək istəyərkən vurulan miqrant haqqındadır. Bundan sonra o, hava durmaq bacarığı qazanır.

"Okça" ("Okja"), rej. Pon Jun Xo
Mi-dja adlı qız dağlarda yaşayır. Onun ən yaxşı dostu böyük və utancaq heyvan Okçadlr. Bir gun Okça yoxa çıxır və Mi-dja onu axtarmağa yollanır.

"Sən heç vaxt burada olmamısan" ("You Were Never Really Here"), rej. Linn Remzi

"Heç yerdən" ("Aus dem Nichts"), rej. Fatih Akin

Həmçinin festiva çərçivəsində "Tvin Piks" serialının ilk iki epizodunun premyerası olacaq. Ən maraqlısı odur ki, Kann festivalında Nikol Kidmanın iştirakı ilə dörd film göstəriləcək.



Kino
13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Bayramdan öncəki son həftəni ailəniz və uşaqlarınızla birlikdə faydalı və əyləncəli keçirmək istəyirsinizsə, sizə Bakıda gedə biləcəyiniz 6 teatr tamaşası təklif edirik!

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!