İftar təklif edən restoranların icmalı

  • 29.05.2017
  • 80771

  • Yemək

Dünya müsəlmanları üçün müqqədəs ay olan Ramazan ayı gəldi. Biz, saytımızın qonaqları üçün gün batandan sübh çağına qədər restoranların iftar menyusu haqqında məlumatı diqqətinizə çatdırırıq. Bir çox paytaxt məkanları oruc tutanlar üçün xüsusi təkliflər hazirlayıb.

Zeytun
Müqəddəs ay Ramazan ayı müddətində, "Zeytun" restoranında xüsusi iftar menyusu təklif edir. Menyuda: məzələr, şorbalar, salatlar, isti yeməklər, desertlər, su, çay. Menyunun qiyməti- 30 AZN.

Atelier Vivanda
Sizi Atelier Vivanda-da iftara dəvət edirik! 29 Maydan 4 İyuna  qədər (15 AZN) menyuda: birinci: soyuq şorba “Vişisuaz” və ya manqal salatı, əsas yeməklər: toyuq sinə əti və göbələk sousu və ya zeytun sousu mal əti ilə, desert: armud şərbəti və şokoladlı krem şanti. Əvvəlcədən rezerv etmək vacibdir.

Excelsior Hotel nəzdində olan restoran Ramazan ayında oruc tutan hər kəsə xüsusi menyu təklif edir. Menyuya 6 növ isti yemək və qarnirlər, 24 növ qəlyanaltı, 14 növ desert və meyvələr, çay, kofe və içkilər daxildir. 1 nəfər üçün qiymət -19 AZN təşkil edir. Vaxt:20:00-dan sonra.

Mado-  «Mado» kafesi oruc tutan hər kəsə axşam menyusu hazırlayıb. Bu menyuya daxildir: salatlar, tərəvəzlər, şorbalar, isti yeməklər, meyvələr, sular və içkilər (açıq bufet). Menyu 22 AZN təşkil edir və bu, N.Nərimanov metrosu yaxınlığında yerləşən ünvanda keçərlidir.

Pakhlava
Burada sizi iftara qonaq etmək üçün gözləyirlər! Bütün oruc tutanlar üçün 15 AZN qiymətində xüsusi iftar menyusu hazırlanmışdır: şorba, salat və isti yemək. Şorba, salat, isti yemək və qəlyan -30 AZN.

Noosh 
Noosh restoranı məzələr, salatlar, suplar, isti yeməklər, desertlərdən, çay və içilərdən ibarət rəngarəng menyu tərtib edib. Bir nəfər üçün 25 AZN.

ZEST
JW Marriott Absheron Baku Hotel-də Zest kafesi Ramazan ayında Sizlər üçün xüsusi iftar menyusu hazırlayıb. Hər axşam, gün batandan sonra burada Sizə müxtəlif məzələr, şorbalar, ikinci yeməklər, şirniyyatlar və milli içkilər təqdim edəcəklər. Qiymət: 1 nəfər üçün 55 AZN.

Kolorit Cafe&Dining
"Kolorit Cafe&Dining" restoranı bütün oruc tutanları iftara dəvət edir. 14 AZN-lik iftar menyusuna daxildir: məzə, sərinləşdirici içki, şorba, salat, əsas yeməklər qarnir ilə, desert və meyvə.

Sumakh
"Sumakh" restoranı bütüb oruc tutanları xüsusi iftar süfrəsinə dəvət edir. Menyunun qiyməti 1 nəfər üçün 30 AZN təşkil edir. Menyuda: salatlar, şorbalar, soyuq qəlyanaltılar, isti yeməklər, qarnir, içkilər və desertlər nəzərdə tutulub.

The Peppermill
Pullman Hotel Baku Sizi, "The Peppermill" restoranına iftara dəvət edir. Burada ət, tərəvəz, meyvə, məzə və milli şirniyyatlardan ibarət geniş iftar menyusu hazırlanıb. 1 nəfər üçün qiymət- 44 AZN.

Green House Kitchen
Bütün ay boyu Boulevard Hotel Baku, Green House Kitchen restoranında xüsusi iftar menyusu olacaq. Bizim baş-aşpazlar tərəfindən müxtəlif cür və çox dadlı menyu hazırlanmışdır. Biz Sizi ailəlikcə iftar açmağa dəvət edirik. Menyuda: böyük seçimdə məzə növləri, mərcimək şorbası, dolma və ya cücədən hazırlanmış fisincan, dеsеrt, su, çay. Bir nəfər üçün qiymətlər 31 AZN.

Dafne
«Dafne» restoranı sizi iftara dəvət edir və 1 nəfər üçün qiymətlər 10 və 18 AZN arası dəyişir. 10 AZN-lik təklifə daxildir: xurma, su, çay, pendir, zeytun, vetçina, qaymaq, börək, pomidor, xiyar, yağ, bal, omlet. 15 AZN-lik təklifə daxildir: xurma, su, çay, pendir, zeytun, pomidor, xiyar, yağ, bal, şorba, əsas yeməklər və şirniyyat.

Papa John’s
Ramazan ayı boyunca, Papa John’s Sizə hər hansı mini pizza, tərəvəz salatı və içki - hamısı 5 AZN olmaqla iftar-menyu təqdim edir. Bu menyu 19:30-dan 21:30-a qədər qüvvədədir və bu menyuda çatdırılma xidməti yoxdur!

Baku Cafe
Baku Cafe sizi iftara dəvət edir və bir nəfər üçün qiymət 25 və 45 AZN. 25 AZN-lik menyuya daxildir: şorba, salat, isti yeməklər (seçim üçün dolma, badımcan dolması,plov), içkilər. 45 AZN-ə iftar menyu + qəlyan daxildir.

Movida
Movida restoranı Müqqədəs Ramazan bayramı münasibəti ilə Sizi təbrik edir və Sizə xüsusi iftar menyusu təqdim edir. Menyuya daxildir: mərci şorbası, qəlyanaltılar: baba qanuş, fatuş, tabule, isti qəlyanaltılar: rakakat, sambusek, əsas menyu: qril miks (toyuq əti, quzu ətindən küftə, mal ətindən kabab), desertlər: almalı piroq, şokoladlı fondan. Qiyməti: 1 nəfər üçün 36 AZN. Menyuya spirtsiz içkilər, isti içkilər və meyvə suları daxildir.

Nori Sushi
Nori Sushi Sizə iftar menyu təqdim edir: xurma, su, cücə şorbası, krab salatı, qızarmış əriştə toyuq ilə. Bir adam üçün qiyməti: 6 AZN. Vaxt: 20:00-23:00

The Gallery Art Cafe
Müqəddəs Ramazan günlərində The Gallery Art Cafe sizi iftara dəvət edir. Menyuya daxil olan suplar: toyuq, balqabaq, göbələk, tərəvəz, ikinci yeməklər: toyuq brizol, ət kotleti, toyuq kotleti, göbələkli pasta, salatlar: yunan, sezar, tərəvəz, içkilər, şirniyyatlar. Qiyməti: 7 AZN

Merci Baku
Merci Baku sizi 20.00-dan 22.00-a qədər iftar süfrəsinə gözləyir və bütün menyulara 25% endirim təqdim edir.

Tarhun
"Tarhun" restoranlarının iftar menyusuna daxildir: salatlar, suplar, isti yeməklər, sərinləşdirici içkilər. Fəvvarələr Meydanı filialında iftar menyunun qiyməti -18.50 AZN, Metropark filialında -13.50 AZN.

Quzu Təndir & Kabab
Quzu Təndir & Kabab iftar üçün menyu setləri təqdim edir: 12 AZN-ə Siz, şorba, salat, isti yemək və içki sifariş verə bilərsiniz. 15 AZN-ə Siz,  şorba, salat, isti yemək, desert və içki sifariş verə bilərsiniz. İsti yeməklərə plov, dolma və kabab daxildir.

Sadaf
Sadaf restoranı Müqqədəs Ramazan bayramı münasibəti ilə Sizi təbrik edir və qiyməti 25 AZN olan xüsusi İftar süfrəsinə dəvət edir. Qiymətə daxildir: salatlar (seçim ilə): manqal, paytaxt, toyuq və çoban; İsti qəlyanaltılar: qutablar (ət, göyərti və boranı ilə); şorbalar (seçim ilə): düşbərə, əriştə, toyuq və “Mərci” şorbası; Əsas yeməklər (seçim ilə): üzüm yarpağından dolma, toyuq kababı kartof ilə (ev yemeyi), lülə kabab kartof ilə; içkilər: ayran, kompot, limonad, çay.


Vapiano
Müqqədəs Ramazan ayı müddətində "Vapiano" restoranlarında iftar menyusuna aid xüsusi təkliflər olacaqdır. Menyuda: şorba və ya salatlar, isti yeməklər (pizza və ya pastaların geniş çeşidli seçimi), su və xurma. Bu iftar menyusunun qiyməti cəmi- 9, 90 AZN.

Glory
Park Inn by Radisson Baku Hotel-nin "Glory" restoranı sizi iftara dəvət edir. Burada sizə 28 AZN-ə müxtəlif növ menyu təqdim ediləcək: salatlar, qəlyanaltılar, şorbalar və isti yeməklər. Bu müqəddəs ayın  bütün sevincini hiss edin.

AVAZ Dining&Lounge
AVAZ Dining&Lounge bütün oruc tutanları iftara (15 AZN) dəvət edir. Menyu hər gün dəyişir və suplardan ibarətdir: doğramac, dovğa, qırmızı mərci şorbası, toyuq supu, düşbərə. Salatlar: çoban, manqal, vitamin salat, pendir, kök salatı, tərəvəz buketi (xiyar, pomidor, göyərti), İsti yeməklər: səbzə qovurma plovŞ turşu qovurma plov, yarpaq dolması, kartof lüləsi ilə toyuq kababı, İçkilər: su, kola, fanta, sprayt, ayran, şirniyyatla çay.



Yemək
Bakıda Dietik Yeməklər verən 8 restoran

Bu pəhriz restoranları sağlam həyat tərzini sevənlər arasında yeni trendə çevrilib

Bakıda top 8 pet-friendly kafe və restoran

Aşağıdakı məkanlar dördayaqlı dostlarla girişə icazə verir

Google reytinqinə görə Bakının ən yaxşı pubları

Bu pablar xüsusi atmosferi, geniş çeşidli yemək və içkilər və əla xidmətə görə ziyarətçilər tərəfindən yüksək qiymətləndirilir.

Balıq yemək üçün 10 tanınmış restoran

Növbəti məkanlarda balıq yeməklərinə üstünlük verilir

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!