Pixar studiyası yeni cizgi filmin treylerini təqdim edib
İnternetdə Disney və Pixar studiyalarının birgə işləri "Koko-nun sirri" cizgi filminin ikinci treyleri təqdim edilib.
Cizgi filmində çəkməçi ailəsində yaşayan və musiqiçi olmağı arzulayan Meksikalı oğlan Migelin hekayəsindən danışılır. Lakin onun ailəsində musiqi lənət hesab edilir. Migel isə onunla sevimli müğənnisi arasında gizli bir əlaqənin olduğunu düşünür və ölülər ölkəsinə yollanır. Orada Migel dünyasını dəyişmiş qohumları ilə rastlaşır.
Cizgi filmi geniş prokata 2017-ci ilin noyabr ayında çıxacaq.